Azərbaycanlı milli-mədəni fəal Əmir İmani mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.
Tikantəpəli fəal bir həftə saxlandıqdan sonra mayın 14-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında Urmiyənin mərkəz zindanından azadlığa buraxılıb.
Azərbaycanlı fəal mayın 7-də Tikantəpədə Əmir Ticarət Mərkəzindəki mağazasında Urmiyənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsi əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılmışdır.
Adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə ETTELAAT İdarəsinə çağırılıb və sorğu-suala tutulub.