İran rejimi qeyri fars millətlərə o cümlədən Azərbaycan türk fəallarına qarşı olan basğısı davam edir. Bu şovinist rejim keçən 40 il içində muxalif olan siyasi fəallara qarşı əlindən gələni əsirgəməmış onları ağır işkəncələrə məəruz qoyur, uzun müddətli həbslər verir, yeri gəlirsə vətən övladlarını şəhid etəmişdir.

Həbib Sasaniyan, vətənin mübarız igidi, aclıq aksiyasındadır. İran qəddar rejimi bu milli fəalı "Azərbaycan toprağından müdafiə etmək"ilə suçlandırır! ağır işkəncələr vermişdir. İran rejimi bu vasitəilə bir daha göstərmişdir ki İran adlanan ölkədə türk olmaq və Azərbaycanı sevmək, suçdur.

Həbib Sasaniyan 51 gündür dim dik ayaqda, "sən çağırsan gələrəm mən, eybi yoxdur ölərəm mən, sən yaşa Azərbaycan" şuarını canlandırır dustaqda. Və nə yazıq ki dünya ictimaiyyatı və uluslar arası insan haqlarını müdafiə edən təşkilatlar milli fəalımızın ağır vəziyəti haqda laqeyd qalmağı seçmişlər.

Fars şovinizmin bizim millətə amansızcasına düşmançılığı 100 ildir davam edir, ancaq bu ağır basğılara rəğmən milli hərəkətimiz hər zamandan artıq güclüdür. İran rejimi çox yaxçı bilir ki bizim igid və millətin-sevən qəhraman milli fəallarımızın iradəsini heç bir təzyiq sarsıdabilməz.

Qəhraman mübariz, Həbib Sasaniyan bəy, sizin kimi igid mübarizlər vətənin azadlıq nəğməsidir. Ancaq, nəzərə alın ki sizin varlığız və sağlığız hər nə dən öncədir. Azadlıq savaşımızda sizin kimi igidlər olmazsa vətən toprağı işğal altında qalacaqdır. Sizdən rica edirik vətən üçün, millət üçün, azadlığımız üçün aclıq aksiyasını dayandırın. Sizin vətən uğrunda mübarizə və savaşda aldığız yaralar və acılar heç zaman unutulmayacaqdır.

Biz Azərbaycan siyasi təşkilatları milli fəallara veriln ağır həbs cəzalarını şiddətlə qınayır, tutsaq milli fəalların qeyd şərtsiz azadlığını tələb edirik. Həbib Sasaniyan-a veriln məhkəmə qərarları dərhal ləğv edilməli, bu milli fəalı işkəncə edib tutsaq saxlayanlar cəzalandırılmalıdırlar.

Yaşasın Güney Azərbaycan azadlıq hərəkatı

Azərbaycan öyrənci hərəkatı- AZOH

Güney Azərbaycan demokərat partiyası- GADP

01-08-2017