Bu gün, İran islam Cümhuriyyətinin irrasional siyasətlərinin bir sonucu olaraq, işçilərin və işçi sinfinin məişət qaynaqlarının o qədər çətin halə gəldiyi bir durumda, beynəlxalq işçi bayramını qeyd edirik ki, ən əsas insan qidası olan «çörək»-in təmin edilməsi belə , bəzi siniflər üçün çətinləşib.
Heç şübhə etmədən söyləmək olar ki, ölkənin iqtisadiyyat durumunun belə pisləşməsinin ancaq iyirminci yüz ilin başlarında ki qəhətliklər və acılıqlarla qarıldaşdırıla bilmək mümkündür. Bu səfil duruma baxmayaraq, islam Cümhuriyyətinin korrupsioner rejimi hələ ideolojik macəraları ilə məşğuldur və düşündüyü son şey xalqın məişətidir.
Azərbaycanlı və Türk işçilər
Kommunist və sosialist düşünürlər və liderlər, işçi hərəkətini illərcə ideolojik çərçivələrə həbs etmiş olsalar da, dünyadakı işçi haqlarını və işçi hərəkətlərini sosialistlərə və kommunistlərə özəl qılmağa və işçilərin demokratik istəklərinin genişlənməsini əngəlləməyə çalışdılar. ancaq müstəqil işçi hərəkətləri bu zehniyyəti qırmağı başardı və modern dünya iqtisadiyyatında işçilərin maddi və fikri haqlarına yeni bir tanım gətirdi.
Bu gün işçi hərəkətləri demokratik mücadilənin önəmli bir parçasıdır və demokratiyanın təməllərinə tanış olan işçi sinfi, modern tələblərini müzakirə masasında və xiyabanlarda dilə gətirir.
Eyni zamanda bu gün, Azərbaycan və irandakı digər əzilən xalqların işçi hərəkəti İranda aşırı dərəcədə mərkəziyyətçi inkişafın ağrılı həqiqətlərini dərk edərək, İranda işçilərin çətinlikləri və əziyyətlərinin belə bərabər bölüşmədiyini, Türk, Kürd, Ərəb, Bəluç və Lor işçiləri və əməkçilərinin daha çox yoxsun və məzlum olduğunu bilir.
Ona görə də bu bilinc, işçilərin «milli ədalət və rifah» kölgəsində bərabər haqlara sahib olması üçün işçi mücadilələrini milli-demokratik mücadilələrə bağlamaqdadır. Bu gün, Azərbaycan işçi hərəkətinin seçkinləri və liderləri zəngin tarixi təcrübələrə sahib olaraq, İranın mərkəzi bölgələrindəki işçi hərəkəti və sol hərəkətin nə yazıq ki, "İranşəhri" totalitar və inhisarçı ideologiyasının əsiri olduqlarını bilirlər və onların bilincli ya da bilincsiz olaraq güc və sərmayənin ədalətli şəkildə bölünməsinin qarşısına çıxdıqlarını və buna qarşı dirənc göstərdiklərini görürlər.
Ölkə çapında işçi hərəkətinin çağdaş tarixi, əzilən ulusların işçi hərəkətinin həssas zamanlarda mərkəziyyətçilərin və unların çıxarlarının qurbanı olduğunu göstərmişdir.
Son illərdə Azərbaycan işçi hərəkətinin şüarlarının sıxlıqla «ana dilində» olması onu göstərir ki, Azərbaycanda digər hərəkətlər, o cümlədən qadın hərəkəti və tələbə hərəkəti kimi işçi hərəkəti də bu bilincə çatmışdır ki, milli basqı və zülm ortadan qaldırılmadan və sərmayə qaynaqlarının ədalətli şəkildə dağıdılmadan heç bir sosial sinif Azərbaycanda və İranın digər bölgələrində rifah və səadətə çata bilməz; dolayısı ilə bu yolda hər kəs birlik olmalıdır.
azərbaycanlı işçilərinin son aylardakı aksiyaları, azərbaycandakı işçi hərəkətinin canlı və sağlam olduğunu və Azərbaycan xalqının demokratik və qurtuluş mücadiləsinin ağırlıqlarından biri ola biləcəyini göstərmişdir. Ancaq eyni zamanda, İran mediasının aksiyalara yönəlik xəbərləri boykot etməsi bir dəfə daha mərkəziyyətçilərin Azərbaycan işçi hərəkətinə öz inhisarçı dar mərcəyindən baxdıqlarını göstərdi.
Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq, "1 may" beynəlxalq işçi bayramını qeyd edərkən, Azərbaycanın "bütün sosial siniflər üçün rifah və milli səadəti" hər zaman vurğuladığımızı və israr etdiyimizi və buna davam edəcəyimizi əlan edir və bütün gücümüzlə Azərbaycan işçi hərəkətinin mübarizlərinin yanında ovduğumuzu və hər zaman olacağımızı bildiririk.
bizcə, Azərbaycan işçilərinin rifahı və haqları üçün mücadilə edən Azərbaycan işçi hərəkəti, Azərbaycan milli hərəkətinin ayrılmaz bir parçasıdır və Azərbaycan milli hərəkətinin milli səadəti və milli rifah hədəfi üçün tarixi prosesini tamamlar.
Azərbaycan işçiləri və işçi hərəkətinin və elitalarının özgür və demokratik bir Azərbaycanın inşasında danılmaz bir rol oynayacaqlarına inanırıq.
Sonuc olaraq Azərbaycan işçi hərəkətinin bütün şəhidlərini, edam edilənləri və siyasi məhbuslarını və bütün əzilən millətləri sayğı və hörmətlə anırıq və bütün dəyərli zəhmətkeşlərin bayramını təbrik edirik.
Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması
AZOH – Dirəniş – GADP
01.05.2022