Azərbaycanlı milli-mədəni fəal Lətif Həsəni Kərəcin Rəcayişəhr zindanından 3 günlük evə buraxılıb.
Bu barədə fəalın həyat yoldaşı öz Facebook səhifəsində məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı fəal sentyabrın 7-dən 3 gün müddətinə məzuniyyətə çıxıb.
L.Həsəni 2012-ci ildə (hicri-şəmsi təqvimi ilə 1391-ci ilin ilk aylarında) Mahmud Fəzli, Şəhram Radmehr, Ayət Mehrəlibəyli və Behbud Qulizadə ilə birlikdə saxlanılıb. O yaxalandığı fəallarla birlikdə qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il, toplam olaraq 9 il azadlıqdan məhrum edilib.
Azərbaycanlı siyasi məhbus həbs olduğu müddətdə bir neçə dəfə uzunmüdətli aclıq aksiyaları keçirib. O aclıq etdizi zaman şiddətli medə və baş ağrıları, ümumi zəiflik, halsızlıq və ürək xəstəliyinin ağırlaşmasından əziyyət çəkib.