ƏHMƏD URMUOĞLU

Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (beşinci bölüm)

3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ

İran adlanan ölkədə İran mərkəzli və bu adın altında yaradılıb fəaliyyət göstərən bütün sol parti və qurumlar, hər zaman bu ölkədə milli zülmə qarşı mübarizədə ön sıralarda olduqlarını və bütün qeyri-fars millətlərin milli haqlarının əldə edilməsi uğrunda mücadilə apardıqlarını iddia edərək, özlərini bu yolun bayraqdarları olduqlarını vurğulayırlar.

Məmməd bəy Azadgərdərdə bu parti və qurumlar və onlarda fəaliyyət göstərən bütün solçu azərbaycanlı Türklər kimi bu iddianı dönə-dönə vurğulayaraq belə yazır.

"Azərbaycanlıların hər zaman önəmli bir ağırlığı olduğu İran adına fəaliyyət göstərən sərasəri sol təşkilatlar, bir az fərqlərlə onların çoxu İranda yaşayan millətlərin öz gələcəyini təyin etmə haqqını müdafiə edib və milli ayrıseçkiliyə qarşı olaraq ana dilində eyitimin olmasının müdafiəçiləri olmuşlar. Onsuzda sol irqçı ola bilməz ki. Əslində solun var olmasının əsas illətlərindən biridə bərabərsizliklərə və irqqçılığa qarşı mübarizə olmuşdur."

Bu məsələ sözdə düz olub və sol parti və qurumların proqramlrında milli məsələnin həlli ilə bağlı bir bəndin yazılması və hətta bütün qeyri-fars millətlərə öz gələcəyini təyin etmə haqqının tanınması formalitə olaraq, sadəcə sözdə və kağaz üzərində olmuşdur. Lakin yüz ili ötən İran mərkəzli sol parti və qurumların fəaliyyəti bu gərçəyi göstərmişdir ki, onların əsas məqsədi Fars-İran dövlətinin müstəmləkəçi siyasətinə məruz qalan bu qeyri-fars əsir millətlərin bütün qabaqçıl və inqilabçı insanlarını "öz gələcəyini təyin etmə" yalan şüarı və zahirdə olan gözəl sözlərlə aldadaraq öz tərəflərinə çəkib və onların beyinlərini zaman içərisində yuvaraq öz irançılıq siyasətlərinə alət edib qullanmaqdan ibarət olmuşdur. Beləliklə də İran mərkəzli sol parti və qurumlar bu millətlərin elitəsi və aydınlarını öz sıralarına daxil etməklə onların inqilabi potansiyel və gücünü alıb onların asimilə olmalarının yolunu açaraq, İran daha doğrusu farsların içində əritməyə çalışmışlar.

Bununlada onlar, öz saxtakarliqlarıyla bu əzilmiş millətlərin öz azadlıq və qurtuluşu uğrunda gərəkən mübarizənin qarşısını alaraq onların mübarizəsinin yönünü dəyişdirib onu fars milləti və İran dövləti uğrunda yönədilməsinə iyrənc bir vəsilə olmuşlar.

Əldə olan bir çox tarxi bəlgələr və faktlar açıqcasına göstərir ki, İran deyilən ölkədə heç bir zaman bu parti və qurumlar milli zülm altında yaşayan qeyri-fars millətlərin farslarla bərabər haq və hüquqlara malik olması uğrunda nəinki bircə addım da belə olsun atmamışlar, bəlkə əllərindən gəldiyi qədər də onun qarşısını almağa çalışmışlar.

Məşrutə hərəkakı dövründən başlayaraq, özəlliklədə faşist Pəhləvi rejimi dönəmi və İslam hakimiyyəti illəində onların hər zaman Azərbaycanda bir çox əlaltı və yerli qulluqçuları olmuşdur. Milli şüurdan tamamən yoxsun olub pul, sərvət, məqam və şöhrət düşgünləri olan bu manqurtlar, öz şərəf, namus, qeyrət və vicdanlarını sataraq Azərbaycan və Türk düşməni olan fars sovinizmi və qatı paniranist parti və qurumların maşaları olub düşmənlərimizin yanında yer almışlar.

Eyni zamanda bu manqurtlar kimi hər zaman şah rejiminin nökərləri və duaçıları olub, düşmənimiz yanında yer alan satqın azərbaycanlı ruhanilərin Azərbaycanın milli məsələsi və ümumiyyətlə bütün varlığımızla bağlı tutduqları düşmənçilik siyasəti və ona qarşı olan münasibətləri bizi heçdə təəcübləndirmir. Çünki onlar bu haqda heç bir zaman iddialı olmamış və tutduqları mövqedə hər zaman Azərbaycan və Türk millətinə qarşı olmuşdur.

Ancaq burada təəcübli olan və bizi düşündürən məsələ, iddiaları yerə-göyə siğmayan iran mərkəzli sol parti və qurumlar və onlarda fəaliyyət göstərən solçu Azərbaycanlı Türklərin böyük bölümünün bu uzun illərdə milli haqlarımıza laqeyd qalaraq, Türk millətinin milli istəklərini nə inki heç bir zaman ciddi şəkildə müdafiə etməmiş, həm də bu məsələlərlə bağlı tutduqları mövqeləri olduqca aldadıcı olmuşdur.

Məmməd bəy iddialı şəkildə sol qüvvələrin hər zaman Azərbaycanda güclü olduğunu vurğulayaraq, Mehran bəy Baharlını solu təxrib etməkdə ittiham edib onun burada solu zəyiflətməyə çalışdığını irəli sürərək bu haqda belə yazır.

"Əzilmiş insanların, yoxsulların və aşağı sinif və təbəqələrin baş qaldırdığı bir dövürdə, özəlliklə də Azərbaycanda solu izolə və etibarsız edərək gözdən salınması gərəkir. Çünki ənənəvi olaraq Azərbaycanda solun nə qədər güclü bir mübarizə potansiyelinə malik olmasını və onun burada bir kültür olaraq necə dərin olmasını islam cümhuriyyəti yaxşı bilir və Azərbaycanın ayağa qalxması təqdirdə bir çox müadilələr dəyişəcəkdir."      

Məmməd bəy burada tamamən haqlıdır çünki inqilab ərəfəsi və islam rejiminin ilk illələrinə gədər gərçəkdən Azərbaycan, İran solunun ilk və əsasi mərkəzlərindən biri olub və İran adlanan ölkənin heç bir bölgəsində sol parti və qururumlar buradaki qədər güclü olmamışdır. Lakin Məmməd bəy bu gün İran mərkəzli solun Güney Azərbaycanda heç bir nüfuza malik olmasından tamamən xəbərsizdir və orada olan siyasi atmosfer və durumu 40-45 il bundan öncədə olduğu kimi təsəvvür edib və onun insanlarının özəlliklədə hər inqilabi hərəkətin əsas qüvvəsi sayılan gənclərin, öyrəncilərin və ümumiyyətlə yeni nəsillərin düşüncələrinin dəyişilməsindən tamamilə xəbərsizdir. Amma Məmməd bəy və onun fikirdaşları olan solçu azərbaycanlı Türklər bilməlidirlər ki, Güney Azərbaycanda İran mərkəzli sola qarşı zehniyyət nədən bu qədər aşırı şəkildə dəyişmişdir. Çünki Türk milləti, özəlliklədə Türk gəncliyi, paniranizm ideolojisinin birbaşa təsiri altında olub ondan qidalanan və onların Türk düşmənçiliyindən dolayı İran adına olan bütün sol parti və qurumlarına olan etimad və güvənini tamamilə itirmişdir. Məmməd bəyə deməliyəm ki, Məmməd bəy siz görən ağaclar çoxdaaaaan kürəklik olaraq kəsiliblər.!!!??

Burada vurğulanması gərəkən məsələ budurki, dünyanın hər bir ölkəsi və hər yerində olduğu kimi, Azərbaycana da hər zaman sol parti və qurumların olması lazım və gərəklidir. Sol parti və qurumların olmadığı bir ölkədə təbiidir ki, hər zaman bir boşluq olmuşdur, lakin bizə lazım olan sol, Azərbaycan mərkəzli sol parti və qurumlarıdır, İran mərkəzli sol yox. Fars və İran mərkəzli sola qarşılıq qoya biləcək gücə malik olan vətən sevər, öz torpağına, vətəninə və onun coğrafiyasına həm də öz şanlı şərəfli tarixinə, keçmişinə, öz varlığına, kökünə, milli kimliyinə bağlı və öz Azərbaycanlı və Türk olmasıyla qürur duyan gərçək bir Azərbaycan solu. Yəni bütün ölkələrdə olan və hər nədən öncə başqa millətlərin və ölkələrin deyil, yalnız öz millətinin və öz doğma vətəninin çıxar və mənfəətlərini sonuna qədər qoruyub onu müdafiə edən gərçək vətən sevər bir sol parti. Belə bir sola can fəda.

14.09.2018

Ardı var