Yarı Hənək – Yarı Dəyənək
Ey üstün ağıl , oyan sən allah
Düz bilgiyə sıx dayan sən allah
Ey milli şuur yalvarıyam mən
Bomba kimi patlayan sən allah
Bəsdir bu qədər qalxıb , yıxıldın
Ey sözlərimi duyan sən allah
Tarix boyu rənglərə qatıldın
Öz rəngini tab boyan sən allah
Qəflət-da yetər ! inanma qardaş
Yat ac , yuxuda doyan sən allah
Ey varlı cənab , insaf nə imiş ?
Fəhlə dərisin soyan sən allah
Qadınlara zülm həddən aşdı
Onur sözünü sayan sən allah
Ərkən qız-uşağın ərə vermə
Poz bedəti pis qoyan sən allah
kültürü dəyiş , ələşdir ey can
Düzəlt o yanı , bu yan sən allah
Müzayik imiş , bol gələnəklər
Pasları silib , yuyan sən allah
Car çək ucadan öləndə qalxsın
Rəstaxizə səs yayan sən allah
Reforma bağır ! əzildi millət
Hayanda qalıb həyan sən allah
Qartal qalalar kimidir ölkən
Sınıb tökülür qayan sən allah
Məhv oldu sənin tarixi ölkən
Qaldı de görüm hayan sən allah
İlan dəyildin ! Əjdaha Eşilbax
İndi olubsan Çayan sən allah
Eşilbax 12.12.2019
یارئ هَنَک – یارئ دَیَنَک
ای اُستون آغئل اویان سن الله
دُوز بیلگییه سئخ دایان سن الله
ای مللی شعور یالوارئیام من
پمبا کیمی پاتلایان سن الله
بسدیر بو قَدَر قالخئب یئخئلدئن
ای سوُزلریمی دویان سن الله
تاریخ بویو رنگَلَره قاتئلدئن
اوُز رنگنی تاپ , بویان سن الله
غفلت دا یئتر, اینانما قارداش
یات آج ! یوخودا دوُیان سن الله
ای وارلئ جَناب انصاف نه ایمیش؟
فهله دَریسین سویان سن الله
قادئنلارا ظلم حدّن آشدئ
اونور سوزونو سایان سن الله
اَرکَن قئز اوشاغئن اَره وئرمه
پوز بِدعتی , پیس قویان سن الله
کوُلتورو دَیش , اَلَشدیر ای جان
دوُزلت اُویانئن , بویان سن الله
موزائیک ایمش , بُول گَلَنَک لَر
پاسلارئ سیلَیب , یویان سن الله
جار چَک اوجادان اُوُلنده قالخسئن
رستاخیزه سس یایان سن الله
رِفُرما باغئر اَزیلدی ملّت
هایاندا قالئب حَیان سن الله
قارتال قالالار کیمیدیر اُلکن
سئنئب توُکوُلور قایان سن الله
محو اولدو سنین تاریخی اُلکن
قالدئ ده گوروم هاران سن الله ؟
ایلان دَیلدین ! اَژداها اِشیلباخ !
ایندی اولوبسان چایان سن الله
12.12.2019 اِشیلباخ