Yarı Hənək – Yarı Dəyənək
Min kərə çəküş dəyib başın qanadı ! bilmədin
Rəhlədi serçə telin , zülfü hənadı ! bilmədin
Gündəlimlə səhf edən boynuna almaz günahı
Cəhldən yazıq millət gəlmiş canadı ! bilmədin
Ağladı fəğir atan , çırpdı yerə məzlum anan
Söylədi dərdin , qəmin bir bir sanadı ! bilmədin
Əqrəbayə düşman oldun qohumları saymadın
Əmmə ,dayı ,əmilər səndən yanadı ! bilmədin
sadə oldun düşmana yer verdin gülşən ölkədə
işqal oldu bağ meşə , gedən xanadı ! bilmədin
sənəd ilə sahib oldu ölkəyə na-mərd qonaq
öncə əşya ,pul ,qızıl ,sonra danadı ! bilmədin
rəhmi yoxdu köyşənə , arxa , cüvürlik bosdana
səbtzəbt etmiş bütün xəndək qanadı! bilmədin
yox ədalət dünyada qonşu rəzilləşmiş bu gün
bu nədən o Eşilbax , yanım yanadı ! bilmədin
12.11.2020 Eşilbax
یارئ هَنَک - یارئ دَیَنَک
مین کَرَه چَکوش دَیب باشئن قانادئ ! بیلمه دین
رَحلَدی سئرچه تئلین زُلفُی حَنادئ ! بیلمه دین
گوندلیم له سهف اِدن , بوینونا آلماز گُناهئن
جهلدن یازئق میلّت , گَلمیش جانادئ ! بیلمدین
آغلادئ یازئق آنان , چئرپدئ یئره مظلوم آتان
سوُیلدی درد, غمین , بیر بیر سانادئ ! بیلمه دین
عقرَبایه دشمان اولدون قور-قوهومو سایمادئن
عمه , دایی , عمیلر سندن یانادئ ! بیلمه دین
ساده اولدون دشمانا یئر وئردین گوُلشَن اُولکه ده
اشقال اُولدو, باغ , مئشه گئدَن خانایدئ ! بیلمه دین
سند ایله صاحب اوُلدو اُولکیه نامرد قوناق
اُونجه اَشیا , پول-پارا , سونرا –دانادئ ! بیلمه دین
رحمی گَلمز کویشَنه , آرخا , جوُورلوک بُستانا
ثبت-ضبط اِتمیش بُتون خندک , قانادئ ! بیلمه دین
یوخ عدالت دنیادا قونشو رذیل لشمیش بو گوُن
بو نَدندَن اُو اِشیلباخ ! یانئم یاندئ ! بیلمه دین
12.11.2020 اِشیلباخ