Azərbaycanlı milli-mədəni fəal 6 ay 1 günlük həbs müddətini başa vurduqdan sonra həbsxanadan azadlığa buraxılıb.

Fərşid Piçqanlu sentyabrın 20-də Ərdəbil zindanından sərbəst buraxılıb.

F.Piçqanlu 2015-ci il noyabr ayında İran televiziyasından yayımlanan məlum “Fitilə” verilişinə qarşı etiraz etdiyinə görə 3 ay 1 gün və Ərdəbildə bu şəhərin “Şəhrdari” komandası ilə Hormozqanın “Alüminium” takımı arasında keçirilən yarışda, üzərində “Abbas Lisani və siyasi məhbuslar azad olunmalıdır” şüarı yazılmış plakatın qaldırıldığına görə, Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 3 ay həbs cəzasına məhkum edilmişdir.

Adını çəkdiyimiz milli-mədəni fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

14316781 1033665306687390 8786574962477265383 n