Sentyabrın 22-də (mehrin 1-də) İran və Güney Azərbaycanda yeni dərs ili başlayır və bütün təhsil ocaqlarında açılış mərasimləri keçirilir.

İranda yeni dərs ilində milyonlarla məktəbli və öyrənci təhsilə başlayır və onların əksəriyyəti qeyri-fars millətlərinin mənsublarıdır. Onlar təhsil ocaqlarında öz ana dili,  tarixi və milli kimliyi ilə tanış olmaq yerinə, rejimin asimilasyon siyasəti ilə üzləşir və tədricən ana dili və milli kimliyindən uzaqlaşmağa başlayırlar. Sözsüz ki, rejimin həyata keçirdiyi asimilasyon siyasəti hər zaman nəticə vermir və buna qarşı ciddi dirənişlər müşahidə olunur.

İran rejimi bütün tarixi həqiqətləri danaraq 30 milyondan çox Azərbaycan türkünün tarixi kimliyini inkar edir, azərbaycanlıların türk olmadığını və moğolların hücumundan sonra türk dilində danışmağa başladıqlarını iddia edir. Pəhləvilər dövrü kimi, İslam adı altında hökmranlıq edən molla rejimi də bu günə qədər Azərbaycana qarşı inkarçı siyasətini davam etdirib və etdirməkdədir. Rejim beynəlxalq qanunları və hətta öz Konstitusiyasında (Anayasa) məhdud da olsa tanınan hüquqi qanunlara əməl etməkdən imtina edir. Bu barədə uzun illərdir mübarizə getsə də hələlik heç bir nəticə əldə olunmayıb və azərbaycanlı məktəbli uşaqlar fars dilində yazıb-oxumağa məcburdur.

Son zamanların əsas şüarına çevrilən “türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Mənim dilim ölən deyil – Fars dilinə dönən deyil” və s. kimi şüarların da ardı kəsilmir.

Hər il təhsil ocaqlarının açılışı ərəfəsində Güney Azərbaycanda küçələrə ana dilində təhsil tələbi ilə şüarlar yazılır və müxtəlif Bildirilər yayılır. Ölkənin təhsil ocaqlarında isə xüsusi etiraz tədbirləri keçirilir. Ana dildə təhsilə qoyulan qadağa sosial şəbəkələrdə də ciddi müzakirə olunur.

1358456462 vayfdyvlafed