Sentyabrın 22-də İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmiya şəhərində yeni təhsil ilinin ilk günündə məktəblərin birində urmiyalı ibtidai şagirdlər türk dilində plakatlar qaldıraraq təhsilin ana dilində aparılmasını tələb ediblər.

İbtidai məktəb şagirləri üzərində “Ana dilimdə dərs oxumaq istəyirəm” cümləsi yazılmış plakatlar qaldıraraq dərslərin ana dilində aparılması tələbini irəli sürməklə yanaşı, həm də İran hökumətinin qeyri-fars millətlərinə, o cümlədən də Azərbaycan türklərinə qarşı dil ayrı-seçkiliyinə və mədəni assimilyasiya siyasətinə etiraz bildiriblər.

Xatırladaq ki, İranda qeyri-fars millətlərdən olan milyonlarla şagird, o cümlədən də azərbaycanlı uşaqlar öz ana dillərində təhsildən məhrum edilib. İran hakimiyyəti isə ölkədə yaşayan digər xalqların milli dillərində məktəblərin açılmasını və təhsilin ana dilində aparılmasını hakim fars dilinə qarşı təhdid saydığına görə buna imkan vermir.

 14457429 1794360774169495 2437683253609036401 n

 14449715 1794343864171186 3636712234772439363 n

 14441019 1794360604169512 3542761230695484339 n

14369866 1794360354169537 2328355760207907416 n