“Ərdəbil Vilayətində əhalinin sayı getdikcə azalır. Bunun əsas səbəbi işsizlikdən dolayı əhalinin bölgədən köçməsidir.”

Bu sözləri Ərdəbil valisi Məcid Xudabəxş Müqavimət İqtisadiyyatı Müdiyyət Mərkəzinin keçirdiyi iclasda bildirib.

Son statistik (amar) məlumatlar göstərir ki, Ərdəbil Vilayətində əhalinin sayı azalır. Bu, işsizlikdən dolayı əhalinin bölgədən köçməsi ilə bağlıdır. Vilayətdə məşğulluq səviyyəsi xeyli aşağı düşüb, işlə təmin olanların 35 faizi isə yalnız kənd təsərrüfatı sahəsinə aiddir”- deyə vali bildirib.

M.Xudabəxş əlavə edib ki, “Ərdəbil Vilayətinin illik gəliri ölkənin orta hesabından 50 faiz aşağıdır. Vilayətdə istehsal olunan buğda və kartof kimi məhsullar fabriklərin olmaması səbəbindən xammal kimi digər məntəqələrə satılır. Ona görə də, iqtisadi sahədə irəlləyiş olduqca zəifdir və bu problemi aradan qalmdırmaq üçün çıxış yolunu tapmalıyıq.”

Mühacirətlə bağlı Şərqi Azərbaycan Vilayətinin vəziyyəti Ərdəbil Vilayətindən fərqlənmir. Budan öncə İran dövlət məsullarının Şərqi Azərbaycan vilayətində işsizlik səviyyəsinin düşdüyünə dair açıqladıqları statistika tənqidlərlə qarşılaşmışdır. Təbriz Universitetinin iqtisadiyyat professoru durumun iş fürsətlərinin çoxalması ilə deyil, işsizlərin başqa vilayətlərə mühacirət etdiyindən ibarət olduğunu ifadə etmişdir.

 Azerbaijan