“Folklorumuzdan bir yarpaq” və “Folklor nağılları” kitablarının müəllifi, güneyli siyasi məhbus, şair və yazıçı bu gün sentyabrın 17-də bir illik həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına köçürülüb.

Bu haqda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi məlumat yayıb.

Rəhim Qulaminin bir illik həbs cəzası sentyabrın 7-də Ərdəbil Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdi.

İlkin məhkəmədə “rejimə qarşı təbliğat” fəaliyyəti göstərmək, “GAMAC” adlı təşkilata üzv olmaq və “İranın ali dini liderini təhqir etmək” ittihamları ilə mühakimə edilmişdi.

Türk fəal məhkəmədə özünü müdafiə edərək, təşkilatda üzv olmaq ittihamını əsassız adlandırıb və baş verənlərin "Ərdəbil Ettelaat İdarəsinin ssenarisi" olduğunu qeyd etmişdi.

Rəhim Qulami mart ayında nəzarət altına alınıb və təqribən 2 ay sonra mülki zəmanətlə müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Qulami keçən illərdə mədəni və siyasi fəaliyyətləri üzündən dəfələrlə mühakimə və həbsə məruz qalıb.