Təbriz Universitetində siyasi fəallar və analitiklərin iştirakı ilə "Ədalət tələbi və İranın gələcəyi" adlı konfrans keçirilibş
Həmin konfransda tələbələrin suallarını Təbriz universitetinin Azərbaycan Tanıtım Ocağının üzvü Cavad Allahyari cavablandırıb.
Tədbirdə iştirak edən tələbələr "farsca yetərlilik testinin təhsil ədalətinə ziddir", "Ölkə idarəçiliyində mərkəzçiliyə yox" və "Ölkədə ədalət Azərbaycansızdır" kimi şüarlar yazılmış pankartlar sərgiləyib.
2005-ci ildə Təbriz Universitetində qurulmuş tələbə təşkilatı Azərbaycan Tanıtım Ocağının üzvü Allahyari ana dilində təhsil almağın İran azərbaycanlılarının haqqı olduğunu, ancaq Rza Pəhləvinin iqtidara gəlməsindən sonra ölkənin mərkəzçi sisteminə keçdiyini və İranda yaşayan etniklərin varlığının inkar edildiyini bildirib.
Tədbirdə iştirak edən türk tələbə bir zamanlar Azərbaycan İranın zəngin iyalətlərindən idi, ancaq sərvətin ədalətsiz şəkildə bölünməsi və mərkəzçi sistem nəticəsində günbəgün iqtisadiyyatı geri saldığını və sərvətləri talan edildiyinə dair sual qaldırıb.
O, həmçinin İranın seçki sistemini tənqid edib.
"Bir zaman İran şahı Təbriz və Azərbaycandan Tehrana göndərilirdi, ancaq bu gün Azərbaycan öz nümayəndələrini Tehrandan göndərilmiş siyahı içindən seçmək məcburiyyətindədir. Niyə Azərbaycanın əsl nümayəndələri xalqın tərəfindən seçilib, xalqın səsini Tehranda səsləndirə bilmirlər?" - deyə tələbə sual verib.
Tehran universitetinin müəllimi Seyid Məcid Hüseyini təhsil sistemində ədalət, Bijən Əbdülkərimi din üzrə araşdırmaçı filosof ədalət konteksində dini intellektuallıq və Seydi Cavad Miri sosioloq və yazar ədalət və etnik siyasətləri mözülarında çıxış edib. Həmçinin Müctaba Əhmədi İran İnqilabının İdeyaları haqqında çıxış edib