İran Azərbaycanının Sulduz (Nəğədə) şəhərinin sakini Səccad Şəhiri yanvarın 16-da təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

HRA agentliyinə istinadən, türk fəal yaşadığı yerin yaxınlarında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

Günorta vaxtı Səccad Şəhiri yaşadığı məhəlləyə yaxın bir istiqamətdə maşını dayandırılb, özü həbs edilib, maşını isə təhlükəsizlik qüvvələri tərəfindən aparılıb. Siyasi fəallın həbsinin səbəbləri və harada olduğu hələ məlum deyil.

O, iyulun 16-da Urmiyə və Sulduz təhlükəsizlik qüvvələri tərəfindən tutularaq 25 gün saxlanıldıqdan sonra 80 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Fəal Sulduz İnqilab Məhkəməsi tərəfindən bir il həbs hökmü alsa da sonra həmin hökm daha öncə həbsdə olmadığı üçün 20 gün həbs cəzasına məhkum edilmişdi. Səccad Şəhiri digər siyasi fəal Musa Ziya Gərgəri ilə daha əvvəl onlarla fəalla birlikdə ötən il iyulun 6-da Babək qalası mərasimində saxlanılmış, sonradan sərbəst buraxılmışdılar.