Keçən günlərdə İşğalçı Ermənistan dövləti bir daha vətənimizin quzey hissəsinə hücum etmiş və bir neçə əsgərimizin şəhid olmasına və yaralanmasına səbəb olmuşdur. Təbii qəhrəman Azərbaycan ordusu lazım olan cavabı vermiş, üstün atəş gücü ilə düşməni susdurmuş və düşmənə ağır zərbə endirmişdir.

İşğalçı Ermənistan dövləti Rusiya ə İrandan aldığı siyasi, əsgəri və istixbarat dəstəyi ilə Quzey Azərbaycan Cümhuriyyəti torpaqlarının 20% sini işğal etmiş və bir milyondan çox soydaşımız ata baba yurdundan didərgin salmışdır.

İran dövləti bir yandan Ermənistana hər cür dəstək sağlarkən, digər yandan da Ermənistanın İsraildə səfirlik açmasına susmaqdadır. İran dövlətinin Fələstin məsələsində bütün saxta təbliğatlarına rəğmən, bu məsəl haqqında susmağı təbii ki birmənalıdır. Çünki Ərdəbilin cuma imamı Amili kimi İran amilləri, Azərbaycan cümhuriyyətinin İsrail ilə əlaqələrini bahana edərək Azərbaycan dövlətini əleyhində təxribat aparmaqda və İran dövləti bu bahana ilə Quzey Azərbaycanda terror qruplaşmalarına dəstək verməkdədir.

Rusiyanın neçə yüz illik Qafqaz siyasəti aydındır və anlaşılırdır. Yalnız özünü İslam və Şiə müdafiəçisi kimi qələmə verən İran İslam cümhuriyyətinin müsəlman Azərbaycan Türklərinə qarşı işğalçı Ermənistana verdiyi dəstək, İranın nə qədər saxtalar olduğunu və iddialarının yalan olduğunu açıqca ortaya qoymaqdadır.

Qarabağ münaqişəsində İranın Azərbaycana yox, Ermənistana dəstək verməsi, bütün İslam Dünyası, Türk Dünyası, özəlliklə də Güney Azərbaycan Türklərində dərin rahatsızlıq yaratmışdır. Məhz bu səbəblə keçmiş illərdə İranın Qarabağ siyasəti ilə bağlı Güney Azərbaycanda bir çox etiraz baş tutmuş və bu etirazlardan dolayı çox sayda vətəndaşımız həbs edilib və cəza alıbdır.

İran dövləti bilməlidir ki bu gün Təbriz, Zəngan, Urmu və Ərdəbil kimi Güney Azərbaycan bölgələrində millətimizi zorakılıq və təzyiqlə susdurmuş ola bilər. Yalnız millətimiz özəlliklə də gənclərimiz bütün olanları diqqət və həssasiyyət ilə izləyir və İran dövlətinin Azərbaycan Türklərinə qarşı xaincə siyasəti davam edərsə artıq bir yerdə millətimizin səbri tükənəcək və İran dövlətinə cavabını küçələrdə verəcəkdir.

Biz, Güney Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq bu vəsilə ilə Qarabağdakı şəhidlərimizə Allah rəhmət diləyib, Azərbaycan dövləti və ordusuna tam dəstəyimizi ifadə edirik. Özəlliklə də İran dövlətini uyarırıq ki Azərbaycan torpaqlarının işğalına verdiyi dəstək artıq millətimizin səbrini tükətmişdir və bu məsələdən dolayı Güney Azərbaycanda meydana gələn hər bir hadisənin məsuliyyəti İran dövlətinin öhdəsinə olacaqdır.

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

AZOH – Dirəniş – GADP

۱۴/۰۷/۲۰۲۰

 

 

BBC Turkish

10 فروردين 1403