Bildiyiniz kimi, Güney Azərbaycan Təşkilatlarının İşbirliyi Mərkəzi Azərbaycan millətinin Urmu gölünün qəsdən qurudulması siyasətinə qarşı davamlı etirazları istiqamətində iyulun 16-sı şənbə günü axşam saatlarında dinc toplantıya çağırış edib. Bu dinc mitinqlərdə mllətimiz bahalıq, işsizlik, inflyasiya və ayrı-seçkilik siyasətinə və əlbəttə Urmu gölünün qurudulması siyasətinə öz etirazını bildirəcəkdir.
Biz Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması olaraq bütün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmilərinə və qüvvələrinə, xüsusilə də polis qüvvələrini etirazçılara qarşı zorakılıq xarakterli toqquşmalardan və zor tətbiq etməkdən çəkinməyə çağırırıq. Çünki siz də bu millətin bir parçasısınız və siz də bu zülmün qurbanısınız. Biz şəhər səthindəki qüvvələrin bir insan olaraq bu kritik və çətin günlərdə öz millətinin yanında olmağa çağırırıq.
Azərbaycan Siyasi Quruluşları Əməkdaşlıq Platforması açıq şəkildə bəyan edir ki, bütün təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəsmiləri və qüvvələri, eləcə də Sipahvə Bəsic qüvvələrinin fəaliyyəti Azərbaycanın Milli Hərəkatına nəzarət altında tutulur. Əgər bu qüvvələr xalqımıza qarşı zorakılıq tətbiq edib şiddət uyğulasalar əmin olmalıdırlar ki zamanı gəlincə millət məhkəməsinin qarşısına çıxarılacaqlar.
Odur ki, biz xüsusilə Azərbaycanlı Türk siyasi məmurlardan, məhkəmə hakimlərindən, polis məmurları vəkomandirlərindən, rica edirik ki, xəbərdarlıqlarımızı ciddi qəbul etsinlər, öz millətlərinin yanında olsunlar, faşizmə və irticaya xidmət etmək üçün öz millətlərini əzməsinlər.
Azərbaycanın Siyasi
Təşkilatlarının Əməkdaşlıq Platforması
AZOH - Dirəniş - GADP
15 İyul 2021