حسن آغا دمیرچی آذربایجانین شرفینه سونسوز حؤرمت و سئوگیمله.
ایتیردیم دونیامی ، گؤز گؤره – گؤره
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
کیپریک دؤیه – دؤیه ، دیز دؤیه – دؤیه
گؤزلر آرازلانیب،آراز قان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
منی منلیگیمه چاتدیران آغام
وارلیغی قانیما هوپدوران آغام
آلچاق ساتقینا قان اوددوران آغام
ائلین سرکرده سی ، بیر خاقان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
یورغون "ان الحق" یم گئدیر آستاجا
جیسمیندن سویونوب ، چیخیب معراجا
یولدان ساخلایانمیر تار کامانچادا
بایاتیم،قوشمام گئدیر، زیل موغام گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
دالیسینجا آغلار گؤزلره باخمیر
آزادلیق حسرتلی{ نه زیندان نه تهدید} اورگین سیخمیر
دوشمن لر اؤنونده " فدایی" قورخمور
قاراباغ شیکسته م، باغری قان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
سئگاهی اورک ده نیسگیل یوغورور
"ستارخانی"، "هئی – هئی" ، های – های باغیریر
"ارک" ینه سؤیکه نیب ، بابک چاغیریر
عصریمین سرداری، حسن خان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
توتدوغو یولوندان گله جک بیرده
"آزادلیق عشقیله جوشاجاق" بیرده
آنا ،وطن ، سئوگی ماهنیسی دیلده
یوردومون مداحی ، بیر غزلخوان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
گئدیر دیلیمیزین ائلچی لیگینه
مکتب سیز یوردومون دیل سیز لیگینه
چاغیریر دوستلارین ائل بیرلیگینه
اردبیلدن، تبریزدن، زنجاندان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
چیگین لر اوستونده یارالی بایراغ
بو تایدا "ساوالان" ، او تایدا "شاه داغ"
دونیا گؤزون آچمیش ، اولدو اوزو آغ
اورمو دنیزیندن نیگاران گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
ای غرور قایناغیم ، ای اولو انسان
وطنه جان دئدین ، وطن دئدی : جان
آذربایجان آغلیر، یالواریر دایان
دمیرچی آدیندا بیر داستان گئدیر.
بیر کیچیک تابوتدا بیر جاهان گئدیر.
Bir kiçik tabutda bir cahan gedir
Həsən Ağa Dəmirçi Azərbaycanın şərəfinə sonsuz hörmət və sevgimlə .
Səttar Mahmudoğlu 1397.4.8
İtirdim dünyamı, göz görə-görə
Bir kiçik tabutda bir cahan gedir.
Kiprik döyə-döyə, diz döyə-döyə
Gözlər Arazlanıb,Araz qan gedir.
Bir kiçik tabutda bir cahan gedir.
Məni mənliyimə çatdıran adam
Varlığı qanıma hopduran ağam
Alçaq satqına qan udduran adam
Elin sərkərdəsi,bir xaqan gedir
Bir kiçik tabutda bir cahan gedir.
Yorğun “ənəl həqqim” gedir astaca
Cismindən soyunub çıxıb meraca
Yoldan saxlayanmır tar- kamançada
Bayatım,qoşmam gedir,zil muğam gedir
Bir kiçik tabutda bir cahan gedir.
Dalısınca ağlar gözlərə baxmır
Azadlıq həsrətli ( nə zindan nə təhdid) ürəyin sıxmır
Düşmənlər önündə “Fədayi” qorxmur
Qarabağ şikəstəm , bağrı qan gedir
Bir kiçik tabutda bir cahan gedir.
Segahı ürəkdə nisgil yoğurur
“Səttar xanı” , “Hey-hey” hay-hay bağırır
“Ərk”inə söykənib Babək çağırır
Əsrimin sərdarı Həsən xan gedir.
Bir kiçik tabutda bir cahan gedir.
Tutduğu yolundan gələcək birdə
“Azadlıq eşqilə coşacaq” birdə
Ana, vətən,sevgi mahnısı dildə
Yurdumun məddahı , bir qəzəlxan gedir.
Bir kiçik tabutda bir cahan gedir.
Gedir dilimizin elçiliyinə
Məktəbsiz yurdumun dilsizliyinə
Çağırır dostların el birliyinə
Ərdəbildən,Təbrizdən, zəncandan gedir.
Bir kiçik tabutda bir cahan gedir.
Çiyinlər üstündə yaralı bayrağ
Bu tayda “Savalan “ o tayda “ Şahdağ”
“ Dünya gözün Açmış” oldu üzü ağ
Urmu dənizindən nigaran gedir.
Bir kiçik tabutda bir cahan gedir.
Ey qurur qaynağım ey ulu insan
Vətənə can dedin, vətən dedi : can
AZƏRBAYCAN ağlır,yalvarır dayan
Dəmirçi adında bir dastan gedir.