Yarı Hənək - Yarı Dəyənək
( rüşvət )
bilməz şərəf nədir vicdan , bu bi həya rüşvət
eylər yaşayışı zindan , bu bi həya rüşvət
saymaz ana bacını , alar , satar , namus
rəhm eyləməz fəqırə heç , bu bi həya rüşvət
nə onda milli qürur var , nə ölkəyə sayqı
tarac edər milli sərvət , bu bi həya rüşvət
düşmən pul ilə alar , hər sirr ki ölkədə var
ona imkan yaradan tək , bu bi həya rüşvət
nə əl çəkər o muzeydən, nə əski əşyadan
hərrac eylər hamısın uff , bu bi həya rüşvət
vecinə deyilmiş heç şanlı millətin qürürü
Satıb xərc eyləyəcək tək , bu bi həya rüşvət
o yerdə ki rüşvət ilə , hər iş görə bilərsən
qanmaz danışma dəyərdən , bu bi həya rüşvət
tamam dünya üzərində , adımız xoş çıxsa
çirkləndirər bu adı tez , bu bi həya rüşvət
çal , çap , hökumət edir , bütün şəhərlərdə
bəd-nam edər bizi vallah , bu bi həya rüşvət
hayanda qaldı yasa , qayda , qanuna sayqı
qoymaz yaransada qanun , bu bi həya rüşvət
nə vaxt yarandı bizim yerdə , bu adı batmış
nə vaxt doğuldu ekiz bəs , bu bi həya rüşvət
sən ey idarədəki al , ye , hər nə qədər ala bilirsən
görüm səni partladarmı ? bu bi həya rüşvət
xaricdə olsan əgər sən , utanarsan , ölərsən
vurubdu alnına damğa , bu bi həya rüşvət
soruşsalar demə bəs mən o ölkədən gəlirəm
bəd-nam edib ölkəmizi , bu bi həya rüşvət
latayın dilində oğurluq , həmən karobçiyadır
bizlərdə hörmət adı imiş , bu bi həya rüşvət
mədəni ölkələrin , bir maliyyat sistemi var
qoymaz yaransın o sistem , bu bi həya rüşvət
o maliyat yığılıb milli sərvət adlanacaq
mənimsiyər çətələr bil , ey bi həya rüşvət
ağıl bunu qınayar dinlər haram buyurmuş
saymaz din ilə ağıl heç , bu bi-həya rüşvət
nə Başbaxanda bir az ar , nə Vəzirlərdə ərdəm
rəzil edər karakterlər , bu bi həya rüşvət
gəlin-gəlin ey camaət ! bunun kökün qazağın
yoxsa qazar kökümüzü , bu bi həya rüşvət
gəl ey müxalif , Hökumət , biz əl-ələ verəyin
məhv eyləyər ölkəmizi , bu bi həya rüşvət
rəqiblər xoşdu bu haldan , düşmənlərın sevinir
mağmın edən vətən oğlun , bu bi həya rüşvət
Hümmmmmmmmmmmmmmmmmmmmm !
mənə dolaşma Eşilbax , yoxsa rüşvət verərəm
rüsvay edər səni vallah , bu bi həya rüşvət
Eşilbax 2.7.2000
یارئ هَنَک - یارئ دَیَنَک
( رشوت )
بیلمَز شرف ندیر وجدان , بو بیحیا رشوت
ایلر یاشایش زندان , بو بیحیا رشوت
سایماز آنا , باجئنئ , آلار, ساتار ناموس
رحم ایلمز فقیر هئچ , بو بیحیا رشوت
نه اوندا مللی غرور وار نه اُلکیَه سایقئ
تاراج ایلر مللی ثروت , بو بیحیا روشوت
دشمن پول ایله آلار هر سئرر که اُلکه ده وار
اونا امکان یارادان تک , بو بیحیا رشوت
نه اَل چَکَر اُو موزیدن , نه اَسکی اَشیادان
حراج ایلر هامئسئن اوفف , بو بیحیا روشوت
وئجینه دیل ایمیش هئچ , شانلی مللتین غرورو
ساتئب خرج ایلیجک تک , بو بیحیا رشوت
اُو یئرده کی رشوت ایله هر ایش گوره بیلَرسن
قانماز دانئشما دَیَردن , بو بیحیا رشوت
تامام دنیا اوُزَرینده آدئمئز خوش چئخسا
چیکلَندیرر او آدئ تئز, بو بیحیا رشوت
چال چاپ حُکومت اِدیر بوتون شهرلرده
بد نام ایلر بیزی چال چاپ ای بیحیا رشوت
هایاندا قالده یاسا , قایدا , قانونا سایقئ ؟
قویماز یارانسادا قانون , بو بیحیا شوت
نا واخت یارانده بیزیم یئرده بو آدئ باتمئش
نا واخت دوغولدو اِکیز بس , بو بیحیا رشوت
سن ای اِداردکی آل, یه ,هر نه قَدر آلابیلیرسن
گوُروم سنی پاتلادارمئ ! بو بیحیا رشوت ؟
خارجده اولسان اگر اوتانارسان , اُولَرسن
واورولموش آننئنا دامغا , بو بیحیا رشوت
سوروشسالار دئمه بس من او اُلکه دن گَلیرم
بد نام ادیب اُلکمیزی , بو بیحیا رشوت
لاتاین دیلنده اوغورلوق هَمَن کاروبچئیا دئر
بیزلرده حُرمت آدئ ایمیش , بو بیحیا رشوت
مَدَنی اُولکَلرین ! بیرمالیات سیستمی وار
قویماز یارانسئن او سیستیم , بو بیحیا رشوت
اُو مالیات یئغئلئب , مللی ثروت آدلاناجاق
مَنیمسییَر چَتَلر بیل , ای بیحیا رشوت
آغئل بونو قئنایر, دینلَر حارام بویورموش
سایماز دین ایله آغئل هئچ , بو بیحیا رشوت
نه باشباکاندا بیر آز آر, نه وَزیرلَرده اَردم
رَزیل اِدَر کاراکترلَر, بو بیحیا رشوت
گلین گلین ای جماعت بونون کُوکُون قازاغئن
یوخسا قازار کوکوموزو, بو بیحیا رشوت
گل ای مُخالف , حکومت , بیز اَل اَلَه وِرَین
محو ایلیر اولکه میزی , بو بیحیا رشوت
رقیبلر خوشدو بو حالدان , دُشمانلارئن سئونیر
ماغمئن اِدَر وطن اوغلون , بو بیحیا رشوت
هُمممممممممممممممممممممممممممممممممممم
مَنه دولاشما اِشیلباخ ! یوخسا روشوت وِئرَرَم
رُسوای ایلر سنی واللاه , بو بیحیا رشوت
02.07.2000 اشیلباخ