ƏHMƏD URMUOĞLU
Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (doqquzuncu bölüm)
3-İran sol parti və qurumları, azərbaycanlı solçular və milli məsələ
Keçən bölümlərdə də qeyd olunduğu kimi ötən 100 ildə İran adına və əsasən azərbaycanlılar tərəfindən yaradılan bütün İran mərkəzli sol parti və qurumlar, qeyri-fars millətlərin özəlliklədə Türk millətinin bütün qabaqçıl və inqilabçı sol düşüncədə olan insanlarını aldadıcı və zahirdə gözəl olan şüarlarıyla öz sıralarına çəkib və zaman içərisində sistematik şəkildə onların beyinlərini yuvub və get-gedə onlarda milli ruh, milli iradə və milli şüuru yox etməyə çalışmışlar.
Eyni zamanda bu iddialı sol parti və qurumlar, Fars-İran dövlətinin müsətəmləkəçilik siyasəti əsasında uyquladığı asimilə siyasətinə, hər cürə ayrıseçkiliyinə və bütün qeyri-insani və dəhşətli basqılarına qarşı mücadilə əzmində olan həm də əsasən aydınlar və gənclərdən ibarət olub və böyük bir inqilabi potansiyelə malik olan bu dəyərli insanların böyük bir bölümünü apardıqları zəhərli və qərəzli təbliğatlarıyla öz millətindən uzaqlaşdıraraq öz iyrənc siyasətlərinə alət edib və özlərinə yabancı etməyə çalışmışlar. Beləliklədə Türk millətinin bütün elitəsi və qabaqçıl insanlarını paniranizm və sözdə İranda azadlıq və demokrasi uğrunda mübarizə etməyə yönəldərək onları tamamən fars-iran milləti içində əritməyə çalışmışlar.
Bunlar acı gərçəklər olaraq fars şovinizmi və paniranizmin bir başa və güclü təsiri altında olan İran mərkəzli sol parti və qurumların və özəlliklədə solçu azərbaycanlı Türklərin son 100 ildə milli məsələ ilə bağlı apardıqları təbliğat və etdikləri yersiz iddialarının tam əksini və yalan olduqlarını göstərməkdədir.
Qeyd etmək lazımdır ki, öz millətinə inanıb və öz doğma vətənini sevən həm də öz milli varlığı və milli kimliyinə dəyər verən hər bir şərəfli insan, özəlliklədə bütün millətlərin bərabər haq və hüquqlara malik olması yolunda mübarizəni özünün ən əsasi və vacib hədəflərindən biri sayan iddialı bir sol parti, gərçəkdən bu böyük və insani amacların uğrunda mücadilə etməyi söz və iddiayla yox, bəlkə əməldə göstərməlidir. Lakin öz düşüncələrinə inamı tam olan, həm də onların uğrunda mücadilə apardığı iddiasında olan hər bir insan, yaxud hər hansı bir sol parti və qurum milli haq və hüquqların əldə edilməsi uğrunda mücadilə apardığı təqdirdə, onların həyata keçirilməsi üçün bu insani və müqəddəs amalın uğrunda hər cürə fədakarlığa hazır olmalı və bu yolda hər nəyindən hətta canından belə keçməyi bacarmalıdır.
Bu gün Güney Azərbaycanda Türk millətinin və özəlliklədə məcburiyyət qarşısında İran adlanan ölkənin hər tərəfinə yayılan Türklərin sürətlə asimilə olub farsların içində əridilib yox edilməsi fars faşizmi başda olmaq üzrə Fars-İran dövlətinin başlıca hədəflərindən biri sayılır.
Lakin qatı irqçılıq əsasında və bütün qeyri-fars millətləri yox etmək amacıyla ingiltətrə başda olmaq üzrə Qərb dövlətləri tərəfindən yaradılan, həm də Türk düşməni və bütün bəşəriyyətə zidd olan paniranizm kimi iyrənc bir ideolojidən qidalanan iddialı İran mərkəzli sol parti və qurumlar və onlara ucuz qulluqçu olan solçu Türklərin böyük bir bölümünün İran adlanan ölkədə milli məsələ və milli zülmlə bağlı laqeyd olaraq ailələrinində asimilə olub farslaşdırılması, əfsuslar olsun ki, acı bir gərçəkdir.
Ancaq qeyd etmək lazımdır ki, milli zülmə qarşı olub və öz milli haqları uğrunda mübarizə aparan hər bir inamlı və iddialı insan ilk öncə özündən və hər bir toplumun təməli sayılan öz ailəsindən başlamalıdır.
Bir insan ki, hər hansı bir sol parti və qurumda ana dili başda olmaq üzrə əzilmiş bütün milli haq və hüquqları uğrunda mücadilə aparmasını iddia edir, heç bir məcburiyyət qarşısında olmadan əcəba nədən və necə olur ki, öz ailəsi içində uşaqları ilə ana dilində yox, bəlkə bizə yabancı olan fars dilində danışmağa və onların Fars-İran kültürü ilə təbiyəsinə üstünlük verir. Beləliklədə iddiaları yerə-göyə sığmayan bu insanlar, heçdə iddaları olmayan, ancaq qatı Türk düşməni olan irqçı və ariyaçı paniranistlər və ümmətçi Fars-İran şiəçi manqurt azərbaycanlılar kimi öz iyrənc və qeyri-insani əməlləri ilə öz uşaqlarının asimilə olması və onların farsların içində əriməsinə səbəb olurla. Onlar bununla da böyük və bağışlanmaz bir suç və cinayət işliyərək, xayin və alçaqcasına öz əllərilə övladlarını mənəvi bir soyqırıma məruz qoyurlar. Əcəba bunların bu acınacaqlı və qeyri-insani əməllərində hansı fərqi görmək olar! birisi iddialı, birisi yox, birisi pambıqla baş kəsir, birisi millətimizə qarşı qılıncı tam üstdən bağılayır. Hamısınında amacı bir olan Türk düşmənçiliyi.
Belə bir İddialı sol parti və qurumlar və özəlliklədə solçu azərbaycanlılar hansı üz, hansı cəsarət və hansı məntiqlə özlərini İran adlanan ölkədə milli zülmə qarşı mücadilənin bayraqdarı bilib və onu mənimsiyərək hətta fəxrlə durmadan bu məsələni dönə-dönə vurğulamaqdadırlar. Bir insan ki, ən azından öz evində sərbət olub və başı üstündə hər hansı bir zor olmadan və eyni halda məcburiyyət qarşısında belə olmadığı bir halda öz uşaqlarıyla anadili yerinə fars dilində danışaraq bu ilkin və əsası haqqı ayaqları altına alıb və bu önəmli məsələdən boyun qaçırmaqla onun həyata keçirməsini bacara bilməyə, əcəba böyük ölçüdə və vətən böyüklüyündə olan geniş bir alanda bu əsasi məsələni həyata keçirə bilərmi.!!??
Görünür ki, bu solçu azərbaycanlı Türklər və onların qulluq etdiyi və tamamən paniranizm təsiri altında olan İran mərkəzli solçu parti və qurumların bu ölkədə böyük hay-küylə milli zülmə qarşı mübarizə iddiaları və onun həlli ilə bağlı yazıb təbliğ etdikləri sözlər tamamilə yalan və boş sözlərdən və Türk milləti başda olmaq üzrə bütün qeyri-fars millətləri aldatmaqdan başqa bir şey olmamışdır və heç bir zamanda gərçəyi yansıtmamışdır.
Burda Məmməd bəy Azadgər başda olmaqla bütün sol parti və qurumların və onlara sadəcə qulluqçu olan solçu azərbaycanlı Türklərin son 100 ildəki fəaliyyətlərini diqqətə alıb və eyni halda baş verən bütün bu gərçəkləri nəzərə aldıqda, əcəba sizin həzrət Abbas andınıza inanaq, yoxsa aba altında gizlətdiyiniz xoruzun quyruğuna.!!??
22.10.2018
Ardı var