ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin "İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (12-ci bölüm)

4-İran mərkəzli sol təşkilatlara bağlı solçu azərbaycanlıların torpaq iddialarında olan siyasi Kürd təşkilatlarıyla bağlı mövqeləri

                                

Azərbaycan milli azadlıq və qurtuluş hərəkatı, eləcə də Türk millətinin çox önəmli və ən həssas məsələlərindən və eyni zamanda onun qırmızı çizgilərindən biri sayılan Azərbaycanın ərazi bütövlüyü və heç bir zaman onun vaz keçmədiyi öz əbədi və əzəli tarixi torpaqlarıdır.

Çünki vətən, yurd, torpaq hər bir insan üçün ən müqəddəs və ən dəyərli bir varlıqdır və hər bir insan və hər bir millət üçün onun vətəni yəni havasını aldığı, suyunu içdiyi və çörəyini yediyi torpaq babalarından onlara əmanət edilmiş və onlarda ona xəyanət etmədən, həm də yağılara və yabancılara qapdırmadan aldıqları kimi gələcək nəsillərə verməyə görəvlidirlər. Ancaq vətən sadəcə dağ, dərə, təpə, su və torpaq yəni quru ərazidən ibarət deyil, bəlkə vətən dediyimiz əslində qanla yoğrulmuş torpaq deməkdir və onun hər bir qarış torpağının uğrunda minlərlə və onminlərlə vətən övladı qızıl qanını axıdaraq öz şirin və əziz canını bir an belə düşünmədən gülə-gülə fəda etmişdir.  

Lakin Məmməd bəy Azadgər və İran mərkəzli sol parti və qurumlarda fəaliyyət göstərən solçu azərbaycanlıların böyük bir bölümü sözdə yalançı "Cəhan Vətəni" sözü və şüarı altında yəni dünya mənim vətətim deyərək, qeyri-fars millətlərin öz doğma vətənlərinə olan sevgisini qatı millətçilik, lakin İrana olan sevgini vətən sevərlik olaraq göstərirlər. Bunun üçündə onlar hər zaman öz doğma vətən və torpaqlarına qarşı tamamilə laqeyd olduğu halda, ancaq İrana qarşı onlarda böyük bir sevgi və məhəbbət bəslənməkdədir. Bu səbəbdən və onun əsasdadır ki, onlar vətənimizin tarixi torpaqlarına ciddi şəkildə göz tikən və hər zaman onlara iddialı olan terorçu Kürd təşkilatlarına qarşı kiçikdə olsun belə bir tiraz etməmişlər. Daha doğrusu sözdə bu solçu azərbaycanlılar, pantürkist damğası onlara vurulmasın deyə etiraz etməyə cürət etməyib, həm də bu təşkilatları demokratik və inqilabçı bir qüvvə kimi göstərməyə çalışırlar.

Əlbəttə Məmməd bəy və onu fikirdaşları tamamilə haqlıdırlar, çünki onlar üçün torpaq, vətən nə deməkdir heç bir anlamı yoxdur, ona görə ki, onlar üçün ancaq İran vətəndir və Azərbaycanda zatən İrandır.

Azərbaycanın İran adlanan ölkənin içində hər sahədə geri qalmış bir müstəmləkə olmasından xoşbəxt olanlar və onun işğalına göz yumanlar, vətənin, torpağın nə olduğunu haradan belə qanacaqlar.  

Gərçək budur ki, Güney Azərbaycan milli azadlıq və qurtuluş hərəkatı tam anlamıyla desək laik, sekular və mahiyyət etibarilə demokratik bir hərəkətdir. Onun içində çeşitli və fərqli düşüncə, fikir, əqidə, görüş və səliqəyə malik olan milli şəxsiyyətlər, siyasi parti və qurumlar həm də onları təmsil edən və sağdan tutmuş sola qədər, istiqlalçıdan tutmuş milli federalçılara qədər insanlar, milli şəxsiyyətlər və siyasi təşkilatlar var.

Özünü Azəbaycan milli azadlıq və qurtuluş hərəkatının bir züvi bilib və yaxud onun bir parçası olaraq içində yer aldığını iddia edən heç bir insanın və heç bir siyasi qurumun bir yazını bəhanə edərək bu hərəkatı təxrib etməyə və onun qırmızı çizgilərini keçməyə haqqı yoxdur. Azərbaycan milli azadlıq və qurtuluş hərəkatı hər cürə irqçılığa, ayrıseçkiliyə qarşı olaraq başqa millətlərlə münasibəti hər zaman səmimi dostluq, qardaşlıq, yaxın qonşuluq və gözəl əlaqələrin olmasından yana olub və İran adlanan ölkədə əsir və zülm altında yaşayan bütün qeyri-fars millətlərə dayima öz dosluq və qardaşlıq əlini uzaldaraq özünə istədiyi bütün haqları onlarada istəyib və bu gündə istəməkdədir.

Kimsə unudmasın ki, Qazi Məhəmməd başçılığında yaranan Mahabad cümhuriyyəti məhz Azərbaycan torpaqları içində yaranaraq, bir başa Azərbaycan milli hökumətinin hər tərəfli yardım və dəstəyilə qurulan bir cümhuriyyət olaraq deyilənlərə bir sübutdur.

Ancaq bu məsələ bir qayda olaraq və dünyanın hər yerində olduğu kimi bir tərəfli yox, bəlkə qarşılıqlı insani və səmimi münasibətlər və davranışlar əsasında olmalıdır və bütün qonşulardan da eyni şəkildə olmasını tələb edir.  

Lakin arxalarını Amerika olmaq üzrə Qərb dövlətləri, eləcə də Türk düşməni olan faşist İran İslam rejiminə dayayıb və qonşularının torpaqlarını işğal edib mənimsəməklə böyük Kürdüstanın yaradılmasını amaclayan terorçu kürd təşkilatlarının belə qeyri-insani siyasəti nə insanlıq, nə qonşuluq, nə dosluq və nədə demokratik və inqilabçı olmaqla heç bir zaman bağdaşmır və bunlarla da heç bir əlaqəsi yoxdur.

Bu təşkilatları demokratik qüvvə olaraq göstərmək, eləcə də öz milləti daxil bütün bölgə millətlərinin torpaqlarının işğalını görməməzlikdən gələn sözdə azərbaycanlı solçuların bu iyrənc siyasətə səssiz qalmaları nə insanlıq, nə solçuluq, nə inqilabçılıq və nədə vətən sevərliklə heç bir əlaqə və ilgisi yoxdur.

Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarını xəyali Kürdüstan xəritələrinə daxil edib onları Kürdüstan olaraq göstərmək açıqcasına Azərbaycan və Türk millətinə qarşı meydan oxumaq və savaş elanıdır. Azərbaycan torpaqlarına iddia təkcə Kürdüstanın bir siyasi parti və qurumu tərəfindən deyil, bəlkə istisna olmadan bütün kürd təşkilatları tərəfindən bu iddialar irəli sürülməkdədir.

İraq Kürdüstan Demokrat partisinin başqanı və Kürdüstan İqliminin öndəri Məsud Barzaninin biz Təbrizi köçəri Türklərə buraxmarıq və yaxud Urmu Kürdüstanın ürəyidir deməsi, qılıncı tam üstdən bağlayaraq Azərbaycana qarşı savaş elanıdır. Eləcə də keçmiş Kürdüstan Yurdsevərlər Birliyinin başqanı və Səddam Hüseynin devrilməsindən sonra İraqın prezidenti olan Cəlal Talibaninin Urmu kürdlərin Qudsu yaxud Beytülmüqəddəsidir söyləməsi, bu iyrənc iddiaların nə qədər ciddi və eyni halda təhlükəli olduğunu göstərərək onun nə anlam daşıdığıda hər kəsə bəllidir.

İraq Kürdüstan Demokrat partisinin rəsmi saytında yerləşdirilən Kürdüstan xəritəsi, gərçək Kürdüstan torpaqlarının on qatı olaraq Xəzər dənizinin gərbindən bütün Gilanı öz içinə alaraq güneyə doğru və Tehranın tam kənarından Ərəb körfəzinə qədər uzanır. Yəni İran adlanan ölkənin təxminən yarısı, Türkiyənin üçdən ikisi, İraq və Suriyənin yarısı, həm də Naxçıvan və Ermənistanın da bəlli qədər torpaqlarını öz içinə alır. (bax.www.pdk-xoybun.com)

Hələ Əbdülrəhman Qasımlını bir inqilabçı və demokrat insan göstərməyə çalışan Məmməd bəy Azadgər və onun kimi solçu azərbaycanlılar, onun 1962-ci ildə Çexiyanın Praqa şəhərində çap edilən "Kürdüstan və Kürd" adlı kitabında, Qərbi Azərbaycanı tamamilə Kürdüstan göstərib və 350 səhifə olan bu kitabın yer-yerində bu əyalətin istisnasız bütün şəhərlərini Kürdüstan adlandıraraq, nüfüsununda təxminən hamısını belə kürd olaraq göstərir. Görünür ki, Məmməd bəy Azadgər və onun kimi düşünən solçu azərbaycanlılar ya bu məsələlərdən tamamilə xəbərsizdirlər, yaxud onlardan xəbərdar olaraq onları görməməzlikdən gəlirlər.

Siyasi kürd təşkilatları bütün bu gərginliklərə və olduqca təhlükəli olan belə bir iyrənc oyunlara son qoymaq üçün, ilk öncə Azərbaycan torpaqlarına olan bu yersiz iddialarından vaz keçib və iki qonşu millət arasında düşmənçilyə səbəb olan bu xəritələrin yayılmasının qarşısını almaqla yanaşı, qonşuluğa heç yaraşmayan belə çirkin və düşmənçilik siyasətlərinə də həmən son verməlidirlər. Əks təqdirdə onlar, Azərbaycan Türk millətini bir yumuruq kimi öz qarşılarında görəcəklər, bunu da belə bilməlidirlər.

Bu məsələnin indidən qarşısı alınmasa gələcəkdə və özəlliklə İslam rejiminin çökməsindən sonra yaranan kaos və siyasi boşluqdan böyük qanların tökülməsinin və dəhşətli qətiamların baş tutması vaz keçilməz olub və onun qarşısının alınması imkansız olacaqdır və bununda sorumlusu əlbəttə ki, kürd təşkilatlarının məsuliyyətsiz davranışlarıdır.

Odla oynayıb savaş havası əsdirmək düşmənlərimizdən başqa kimsnin xeyrinə olmayıb və kimsənində çıxar və mənfəətlərinə olmuyacaqdır.

Düşmənlər və aramıza nifaq, nifrət, kinə və düşmənçilik toxumu səpən alçaqlar gəldikləri kimi gedəcəklər, ancaq biz istəsəkdə, istəməsəkdə qonşu olaraq sonsuza qədər bir-birimizlə yaşamaq məcburiyyətindəyik.

Bu məsələnin olduqca təhlükəli tərəfi onun gərçəkləri əsla yansıtmayan və yalan söz, ifadələr və yersiz iddiaları durmadan təkrar edib və xəyali xəritələri yaymaqla kürdlərin özəlliklədə gənclərin beyinlərini zəhərləyib və iddia edilən torpaqların kürdlərə ayid olmasını onlara aşılayaraq indidən belə gələcəyə böyük və qanlı savaşların yaranmasına zəmin hazırlamaqdadırlar.

Belə bir parti və qurumların arxasında durub və onları dəstəkləyən Məmməd bəy və onun kimi solçu azərbaycanlılar, Azərbaycan və Türk millətinə zidd olan belə iyrənc ifadələrin qarşısında əcəba nədən və hansı məntiqlə heç utanmadan öz millətinə qarşı olan, həm də Azərbaycan başda olmaq üzrə bu bölgənin başqa millətlərinin torpaqları hesabına böyük Kürdüstan yaratmaq niyyətində olan belə qatı irqçı təşkilatları dəstəkləyirlər.

Əcəba onların bu terorçu kürd təşkilatlarına olan heyranlığı və onlara qarşı olan bu qədər sevgi, məhəbbət haradan gəlir!!??

Gərçək budur ki, Məmməd bəy Azadgər və onun kimi solçu azərbaycanlıların bu terorçu kürd təşkilatlarına olan sevgi və heyranlığı, Ariyaçılıq və paniranizm əsasında qurulan bütün qatı irqçı parti və qurumlarda olduğu kimi, İran məkəzli sol parti və qurumlarda bu ideoljinin güclü təsiri altında olmuşdur. Qeyd etmək lazımdır ki, Ariyaçılıq və Ariya irqı teorisi son yüzillərdə Avropada tamamilə siyasi amacı daşıyan, həm də irqçılıq əsasında yaradılan bir ideoloji olaraq, sonralar ingiltərə başda olmaq üzrə Qərb dövlətləri tərəfindən farslara və kürdlərə aşılanmış və qatı fars şovinistləri və özəlliklədə fars faşistləri xəyali Ariyaçılıq düşüncələri əsasında kürdlərlə eyni irq və soydan olmalarını iddia etməkdədirlər. Bütün bəşəriyyətə zidd olan bu irqçı ideolojinin yəni Ariyaçılığın mərkəzində bütün Türklərə qarşı bəslənən sonsuz nifrət və kinə dayanaraq, həm də onlara qarş dayima düşmənçilik siyasəti aparılıb və təbliğ edilməsidir.    

Qeyd etmək lazımdır ki, Azərbaycan Türk milləti tarixinin heç bir dönəmində heç bir millətə qarşı olmamış, həm də tarix boyu və hər cəhətdən tolerant bir millət olaraq Azərbaycanda yaşayan bütün milli və dini azlıqlar heç bir basqı və ayrıseçkiliyə məruz qalmadan hər zaman hüzur və barış içində burada yaşayıb və bu gündə yaşamaqdadırlar.

Bu gün Quzey Azərbaycan cümhuriyyətində Türk milləti ilə yanaşı çeşitli milli azlıqlar və dini icmaların yüzillər və bəlkədə minillər boyunca barış və hüzur içində yaşaması bütün dünyaya və millətlərə örnək olmalıdır.

12.11.2018

Ardı var