Bir şamın sirri
bir şam yandıraq biz , 21-Azərə
işığın sala o , yaşıl xəzərə
o şanlı keçmişi birdə nəzərə
sala , sayqılıya o əziz günü
parça parça qürurumun bütünü
hər kəsə görəvdi bir şam yandırsın
işıq , alov ilə bu günü ansın
şəhid günün rəsmiyyətə tanısın
gəlin şəhid günün biz böyük yazaq
əbədi qəbr ona , könüldə qazaq
təkcə şam yandıraq , onun adına
bir dəqiqə sükutla şəhid yadına
qanına bələşən al bayrağına
baş əyək , diz vuraq , itaət kimi
bir törən eyləyək , ibadət kimi
bir şam yandıraq biz , axşamın aydın
bu şamla şəhidin min , adın saydın
varmaq olursa əgər şəhidlə vardın
gəlin yad eyliyək öz varlığımızı
qorıyıb saxlayıb ulğarlığımızı
birlik günüdür , şam yandıraq biz
haray ver haraya , haraylayın siz
qurban olsaqda biz , olaq ikimiz
mən sənə , sən mənə , Azərbaycana
torpağından axan , o qızıl qana
bir şam şənliyimiz , birisi kədər
birisi talehdir , qəzadur qədər
birisi ağrımız , birisi zəfər
yandırın şamları şənliyimizə
hərarət verəcək , iradəmizə
bir şam sirrimizdi , birisi gizdi
bu şam o keçmişdən nişandır izdi
bu şamın işğı tilismimizdir
bir şam yandırağın istəyimizə
alovlu söz qoyağ , süfəngimizə
yandıranda şamı haray ay haray
səslə ey yatmışlar sərəsm bir dur ay
yaradaq divanla ədalət səray
toplanaq biz sıra firqəmiz sayaq
sən mənə mən sənə olaq tam dayaq
dükanda , bazarda , iş yerlərində
evlərlə , məçiddə , döngələrində
meydanda küçədə gəl get yerində
yandıraq şamları , sülhün adına
bir dəqiqə susaq biz , şəhid yadına
mən şamı gül ilə , qoşalaşdıracağam
işığı ətir ilə , qarışdıracağam
kədəri sevgi ilə , barışdıracağam
yana yana qoyaq şam , gül yanına
od sala işığı , düşmən canına
hardasan ? şəhidə ! satqın deyirlər
qatillər imam tək , paltar geyirlər !
sülhün ordusunu təhqir edirlər
bilsinlər gəlirik şam əlimizdə
sülhün nəğməsidir gür dilimizdə
gəlin yiyə duraq , şəhidlərimizə
xain deməsinlər , igidlərmizə
təhqir yetər artıq , 21-azərimizə
şamı yandıraq biz , şəhidə görə
sahablanaraq biz , olsun bir törə
üfürmə şamı sən , o sükütda car
cəksin yana yana ,versin nur nübar
silinsin qəlbindən , o paslı qubar
sil qubarı gələcək bizimkidir
vətənlə eşq , birləşən bir ikidir
Eşilbax 3.12.2009