qəzəl
eşqin dərgahına nail rəqiblər oldu biz qaldıq
Ərənlərim çaxır tökdü badələr doldu biz qaldıq
sevgi hüzurində hər gah aşiqlər söz dəyişdirsə
bilin ləli cəvahirdən sərvətlər oldu biz qaldıq
tikandır doğru bir aşiq , yarandı gül ilə birbaşa
o sevdiyi güllər ilə , birlikdə soldu biz qaldıq
eşqin sevdası həllacı , cəlb etdi dar ağacına
o sevgiyə qurban olan həllacım oldu biz qaldıq
hər kimsə bir şeyyə aludə biri malla qeyli qala
biri vaxtın qoydu hala , dad anlar oldu biz qaldıq
İbrahim tək İsmaillar türk milləti qurban demiş
sevdalılar sevdasına əhd qəbul oldu biz qaldıq
dözüm , səbir, iradə istər ya varındı yada yoxdur
bu təsbiti sübut edən , Səfərxan oldu biz qaldıq
böhdan , yalan deməginən aşiqlər aludə imiş
belənçi bir fuzulluqla baballar oldu biz qaldıq
bu dünya imtahan yeri , əyri yaşar düzdə yaşar
xoş o düzlərin halına , Mətinpur oldu biz qaldıq
sən ey tülkü aslan ilə girmə meydana meydana
dünya sənin bu işinə təəccüb oldu biz qaldıq
yaraşıqlı el sözü var “ağır otur sən batman gəl”
daş düşdüyü yerdə ağır olmadan oldu biz qaldıq
axı milçək nə gəzirsən tərlanın oylağında sən
abırın getdi bu iş ilə , gülənlər oldu biz qaldıq
Yer dolansa öz başına çoxlar söylər günəş batır
böylə söylənən nağıllar ! xurafat oldu biz qaldıq
nə xurafat nədə Tülkü,dünyamızda qalmayacaq
Tülkü çatar cəzasına ! mohumat oldu biz qaldıq
heç bilmədim nə oldu ki ! səviyələr belə yendi
bu sirri bilməyənlərdən Eşilbax oldu biz qaldıq
Eşilbax 10.08.2016
عشقین درگاه هئنا نایل رقیبلر اولدو بیز قالدئق
اَرَنلریم چاخئر توکدوٌ باده لر دولدو بیز قالدئق
سئوگی حضوروندا هر گاه عاشیقلر سوٌز دَیشدیرسه
بیلین لعلی جواهیردن ثروتلر اولدو بیز قالدئق
تیکاندئر دوغرو بیر عاشیق یاراندئ گوٌل ایله بیر باشا
اُ سئودیگی گوللر ایله بیرلیکده سولدو اولدو بیز قالدئق
عشقین سئوداسئ حللاجئ جلب اِتدی دار آغاجئنا
اُ سئوگییه قربان اولان , حللاجئم اولدو بیز قالدئق
هر کیمسه بیر شئ یه آلوده بیری ماللا قیل قالا
بیری واختئن قویدو حالا داد آنلار اولدو بیز قالدئق
ابراهیم تک اسماعیل لر ترک مللتی قربان دئمیش
سئودالئلار سئوداسئنا عهد قبول اولدو بیز قالدئق
دوٌزوٌم , صَبیر اِراده اِستَر یا وارئندئر یادا یوخدور
بو تثبیتی ثبوت اِدَن سفرخان اولدو بیز قالدئق
بُهدان , یالان دِمَگینن عاشیقلر آلوده ایمش
بئلنجی بیر فضوللوقلا باباللار اولدو بیز قالدئق
بو دنیا امتحان یئری اَیری یاشار دوٌزده یاشار
خوش اُ دوٌزلَرین حالئنا مَتین پور اولدو بیز قالدئق
سن ای توٌلکوٌ اَصلان ایله گیرمه میدانا میدانا
دنیا سنین بو ایشنه تعجب اولدو بیز قالدئق
یاراشئقلئ اِل سوٌزٌ وار "آغئر اوتور سن باتمان گَل"
داش دٌشدٌیوٌ یئرده آغئر اولمادان اولدو بیز قالدئق
آخئ میلچَک نه گَزیرسن ترلانئن اویلاغئندا سن
آبئرئن گئتدی بو ایش ایله گٌلنلر اولدو بیز قالدئق
یئر دولانسا اٌز باشئنا چوخلار سوٌیلر گُونش باتئر
بُیله سوٌیلَنَن ناغئللار خُرافات اولدو بیز قالدئق
نه خُرافات نده توٌلکوٌ دنیامئزدا قالمایاجاق
توٌلکوٌ چاتار جزاسئنا موهُمات اولدو بیز قالدئق
هئچ بیلمَدیم نه اولدو کی سَوییه لر بٌیله یِندی
بو سرّری بیلمَینلردن اِشیلباخ اولدو بیز قالدئق
اِشیلباخ 10.08.2016