بویوک گونئی آذربایجان تورک میللتی، سایقی دئیر تشکیلاتلار و مدیا منسوبلاری
سون گونلرده محمود علی بیین آذربایجانین قوروم و قورولوشلارینی و میلی فعاللارینی چئشیتلی یولارلا ترور شخصیت وآشاغیلاما جهدلری، بو شخصین کاراکترینی آچیقجا اورتایا قویموشدور. بوداورانیشلار میلی چیخارلاریمیزا، بوتو آذربایجانین اوزون و قیسا سوره لی منفعتلرینه سالدیریدیر.
ایر بو شخص سادجه منه نفرت و کین قوسسایدی آصلا دئیر وئرمزدیم چون منیم ایچین یوخ حکمونده و اونم سیزبیر قونودور.آنجاق بو گئنیش قاپساملی سالدیریلارا سوسماغی دوغرو بیلمدیغیم ایچون بعضی قونولاری آچیقلاما غا مجبور اولدوم..
" موفیلس باققال، اسکی دفترلری واراقلار"
اکتبر2012 تاریخینده اوزون ایچ تارتیشمالاردان سونرا سکگیز تشکیلات اویه سی ایله بیرلیکده، آیرینتیلی بیلدیری یایینلایاراق، تام سایقیلا و میلی حرکتین منفعتلرینی دوشونه رک آیریلماغا مجبور قالدیغیمیزی، آچیقلادیق. دولایسیلا بو دونئم منیم ایچین قاپانمیش و بو قونودا گرکن آچیقلامالار یاینلانمیشدیر.( اک اولارق آشاغیدا 2012 ده یایینلادیغیم بیلدیری عینن تکرار یاییلیر).
شخصیمه سالدیریلار:
شخصیمی ایماء و اشارتلرله قارالاما چالیشمالاری، ایغرنج ایفادلری آینن کندییسینه ایعاده ائدیرم. بیر سوزو وارسا آد و سوی آدیمی سسلندیرسین وادعاسینی آچیقلاییب، ادعالارینی اثبات ائدن بلگه لری یاشادیغیمیز اولکنین مشروع مرجعلرینه سونسون. یوخسا ساغ سولا ایفترا آماقلا کیمسه نی قاندیرا بیلمیجکلر. خاطیرلاتمالییم بوراسی بعضی بسیجی مکتبینده قیدالانان شخصلرین مفکوره سینده دولاشان ویران ایران دولتی و ولی فقیه سیستمی دئیل، بوراسی آمریکا، دموکراسیانین و حقوقون بئشیگی دیر. دولایسیلا قانونی یوللارلا سوچلولاری جزالاندیرماسینیدا ایی بیلیریم.
تشکیلاتلاریمیزا، قارداش اولکه لره و سیاسی پروسسلره یانلیش یاناشمالار:
بوتون آذربایجان تشکیلاتلاری و بیریلری بیزیم ملتیمیزین وارلیقلاریدیر. بو قورولوشلاری و حرکاتین اونجوللرینی آشاغیلاماق و انکار ائتک دوغرو یاناشما دئیل و اوزون ایللردیر میلی حرکاتیمیزین الده ائتدیگی باشاریلارین بیریده تشکیلاتلانماغیمیزدیر. بو ندنله هر کسی سوچلاییب و اونلارجا میلی فعالی و تشکیلاتی قارالاماق و وار اولان قورولوشلاریمیزی شئوبهه آلتینا آپارماق و اونلاری دوشمن بیر تشکیلات کیمی گورمک، آشیریجیلق، تک الچیلیک و تشکیلاتلانمامیزا و بیرلشممیزه ان آغیر ضربه دیر. سون گونلرده تارتیشمالارا یول آچان ندنلر، بیلرک و یا بیلمه ییرکدن، قوزئی آذربایجان دولتچیلیغینه و آذربایجان میلتینه چیرکین قارا یاخمالار، پان فارسلارا، ارمنی داشناکلارینا آذربایجان و بوتون تورک وارلیغینا سالدیرماغا و آشاغیلاماغا زمین یارتماق و استراتئژیک بیر یانلیشدیر.
تورکیه ده داربه گیریشیمی: نه یازیق کی آینی ذهنیت تورکیه ده 2016 ایلی داربه گیریشیمینی دئیل! فتح الله چی ترور اورگوتونو دئیل! درابجیلری دئیل! سادجه خالقین سسیله سئچیلمیش مشروع حاکمیتی و تورکیه جمهوریتی جومهور باشقانی، سایین اردوغانی هدف آلمیش و تورکیه جومهور باشقانی اردوغانی داربه جی اولاراق لانس ائتمیه چالیشیلمیشدیر. ( بو حاقدا معلوم شخصین فیسبوکدا یازدیقلاری موجوددور)
بو سورومسوزجا داورانیشلار بیزیم میسیون و وویزیونوموزا ضد بیر حرکت دیر.
نه الده ائتمگه چالیشیلیر؟
سون گونلرده انسانلیغا یاراشمایان، وجدانا، اخلاقا و ان اونملیسی میللی دئیرلریمیزه اصلا و اصلا اویغون اولمایان سالدیری جهدلری، کیمه قوللوق ائدیری؟ حرکتین انرژیسین بوش تارتیشمالارا هدر وئرمک دئیل می؟ آذربایجان دوشمانلاری اولارکن، دوغما یوردوموز تاپداق آلتیندا اولان وطن اولادلارینا سالدیرماق دوغرو مو ؟ سیاسی پرنسیبلره اویغون مو؟
بو گون فارس شوونیزمی بوتون گوج ایله آذربایجان میلتینین ماددی و معنوی وارلیقلارینی یوخ ائتمگه چالیشیر، آذربایجانین شرفلی و سارسیلماز ایگیتلرینین بیر چوخو زندانلاردا و بیر چوخو قربت اللرده سورگون حیاتینا محکوم اولموشلار، بو گون آذربایجانی قوربانلیق اتی کیمی بولوب یوخ ائتمه سیاستینی گورممک ایچین کور، دویماماق ایچین ساغیر اولماق گرک.
بولگه ده و ایران آدلانان اولکنین ایچریسینده و چئورسینده بویوک وبیزی یاخیندان ایلگیلندیرن گلیشملر اوز وئرمکد دیر. هرکسین و قوروم قورولوشون بو تاریخی سورجی اییجه دئیرلندیرمک وگوج بیرلیگیله هر تئورلو سناریولارا حاضیر اولماق زورونداییق. تاریخده اولدوغو کیمی پیس گونوموزده قارداش اولکه لرو بویوک تورک میللتی آرخامیزدا دوراجاق. گون بیرلیک گونودور. بو یوزدن اوز آدیما بو اوغورسوز اولایلاری قینایاراق هرکسی بیرلیگه چاغیریرام.
یاشاسین آذربایجان، یاشاسین بیرلیغیمیز
جواد عباسی- آمریکا. 08/18/2019
12.14.2012 yayınlanan İstifa Bıldırısı:
Başı uca Azərbaycan Türk Milləti,
Saygı Dəyər Medya Mənsyblarının Diqqətinə ;
Bildiyiniz kimi 12.14.2012 tarixində GAMOH təşkilatından ayrılma qərarımı açıqladım. Bu olayın ardından Sayın GAMOH Başqanı Dr. Çöhrəqanlı bəlli şəxslərin vasitəsi ilə ortada olan sorunların həll edilməsinə yönəlik müzakirələr aparıldı. Müzakirələr sonucunda müvafiq şəxslərə yığcam şəkildə Başqanlıq tərəfindən təşkilatın nizamnamə və stratejik xəttinə əməl olunmamasını bildirmişdim. Bu olayda sayın GAMOH başqanı mənə müraciət edərək Təşkilatın daha disiplinli və tam nizamnayəyə dayalı çalışacağına söz verdilər. Təəssüflə bildirməliyəmki O, gündən bəri nəsə müsbətə doğru heç bir dəyişim gərçəkləşməmiş və tam tərsinə çox üzücü olaylara şahid olmaqdayıq.
Bu qəbul edilməz üzücü durumu nəzərə alaraq ulu Millətimiz qarşısında üzərimə düşən milli və vicdani vəzifəmi yerinə yetirmək məqsədi ilə tam saygılarımla qısaca bəzi istifa səbəblərimi açıqlayaraq. Bu günüdək bu yolda əməklri olan fikirdaşlaımızadan təşəkkür edib GAMOH-da qalan soydaşlarımıza başarılar diləyərək GAMOH təşkilatından ayrıldığımı bildirirəm.
Başlıca istefa səbəblərim :
1. Nizamnamənin önəmsənilməyərək heçə sayılması;
İrandan Türkiyəyə gəldiyim May 2010 tarixindən bəri olduqca passiv durumda olan GAMOH təşkilatını gecə-gündüz demədən ayaqda tutmaq, işlərə çəki-düzən vermək məqsədi ilə böyük əmək sərf etdik və sonuçda Milli Hərəkət və Təşkilatın tarixində böyük başarılara imza atdıq. Təşkilatı ayağa qaldırdıq və ən güclü səviyyəyə qaldırdıq. 04 fevral 2012 tarixində təşkilatın Ankarada çox başarılı Qurultayını keçirdik. O tarixdən bəri hər zaman Başqan tərəfindən Yönətim qurulunda alınan qərarlar o, bu səbbələrə görə tənqid edilir və anlaşılmazlıqların yaranmasına nədən olurdu. Məsələ aydınlaşsın deyə qeyd etməyim yerinə düşərki keçirdiyimiz son Qurultayda yek dilliklə qəbul edilmişdirki Yönətim Qurulunda səs çoxluğu ilə alınan qərarlar təşkilatın ən yüksək hüquqi qüvvəyə sahib qərarlardır və açıqca Başqanın veto haqqı ortadan qaldırılmışdır. Ancaq sayın başqan Nimaznamənin gərəkcələrini nəzərə almayaraq razılaşmadığı məsələlər üzərinə Yönətim Qurulu tərəfindən səs çoxunluğu ilə çıxarılan qərarları kobudcasına rədd edir və Yönətim Qurulu üyələrini daim təhqir etmişdir.
2. Bu günə kimi dəfələrcə istəklərimizə baxmayaraq hələ də Təşkilatın əsas hüquqi varlığını təsbit edən son Qurultayda təyid olan Nizamnaməsinin önəmsənilməyərək anasitədə yerleşdirilməməsi;
3. GAMOH Başqanlığı tərəfindən təşkılatın nizamanaməsinə önəm verməmək, təşkilati çalışmaları əngəlləmək, digər təşkilat məsullarını xəbərdar etmədən görüşlər keçirmək və yönətim qərarlarını heçə saymaq;
4. Güney Azərbaycan və İran adlanan ölkə ərazisinin çeşitli bölgələrində yaşayan və başqa din və məzhəblərə inanan Türk kökənli soydaşlarımıza önəm göstərməmək;
5. Başqanlıq tərəfindən Təşkilata aid olan bütün Vebsitələr və UNPO nümayəndəliyinin manipoliyaya (inhisara) alınması.
6- təşkilatda şübhəli bilinən şəxsləri cəzalandırmaq və təşkilatdan uzaqlaşdırmaq yerinə, bu şəxsləri qərəzli vəya qərəzsiz şəkildə Başqanı öydüklərinə görə müdafiə etmək və qorumaq, üzvlər arasında qarqaşa yaradarq öz istəklərini təşkilata təhmil etmək. Bir sözlə Başqanlıq GAMOH-un gerçək sistemləşmiş bir təşkilat kimi çıxış etməsinə deyil, əksinə başqanı təbliğ edən bir qrup olmasına özən göstərməsi;
7. Başqanın Tənqidlərə dözümsüz və sərt qarşı qoyan və önəriləri qəbul etməz bir xususiyətə sahib olması; bu açıdan başqan tərəfindən bir çox zaman sərt təpkilərə məruz qalmışam: Təşkilatda üyələr arasında olan probleməri, şikayətləri həll edilməsi üçün Başqana söylədiyimdə araşdırmaq yerinə bu qonuları mənə qarşı su istifadə etməsi və bir başa və dolaylı yollarla bəlli şəxsləri mənə qarşi təhrik etməyə çalışmasını nümunə olaraq göstərə bilərəm;
8. İstefaya gedən üyələri digər üyələr qarşısında pis bir biçimdə qeyr-etik formada təhqir etməsi və istefa verənlərin keyslərinin UNHCR (BMTQAK) tərəfindən rədd edilmələri və olduqları ölkələrdən deport edilmələri üçün gərəkən bütün addımları təşkilat adından atacağını deyərək təhdid etməsi;
9. Təşkilatda özünə gizli oluşumlar yaratmaqla təşkilat daxilində başqana gözü- yumulu yüzə yüz tabe olmayanları qaralamaya çalışmaq. Irəli sürülən önəri və tənqidlər üzərinə düşünmək yerinə, kimin önərdiğini araşdırmaq, tapmaq və təşkilat içində yaratmış olduğu gizli oluşumlarla muvafiq şəxsin təxrib edilməsinə yol verməsi;
10. Təşkilatın Nizamnaməsində asla yeri olmayan və adı belə keçməyən və təşkilatın müvafiq strukturlarının xəbəri olmadan öz başına “GAMOH Başqanlıq Ofisi” deyə bir orqan təsis etmək və həmin orqanın sorumluluğunu isə oğluna buraxması və hətta oğlu adına qonu ilə ilgili tanıtım kartları basdıraraq hər kəsə yayması;
11. Son olaraq Təşkilatın Yönətim Qurulu üyələrinin uzun sürəli Gənəl-ümumi toplantılara və Yönətim Toplantılarına qatılmaları, üçün bir sıra ciddi sorunlar yaranmışdır. Yönətim üyələrinin haqqında varolan sorunlar nədəni ilə bir sıra təşkilat mənsubları o cümlədən Başqanın siyasi müşaviri Aydin bəy Qaraxanlının və bir sıra başqa yönətim qurulu habelə təşkilat mənsublarının istəyi üzərinə və başqa yetersizliklər nədənilə Yönətim Qurulu yenidən seçimə getməsi istəndi və qəbul edildi. Eynı zamanda Dr. Çöhrəqanlı bəy Yönətim toplantısına bir başa qatılaraq seçimin gərəkli olduğunu ortaya qoydu. Bunun ardından Yönətim Qurulu olaraq toplandıq və üyələrin hamısının müsbət səsi ilə seçimə gedilməsi üçün gərəkən hazırlıqlar aparıldı. Seçim məsələsi bütün üyələrə açıqlandı. Yönətimə aday olmaq istəyən üyələr adaylıqların bildirdilər. Seçimə iki gün qalan hələdə bəlli olmayan səbəblərdən dolayı Sayın Dr. Çöhrəqanlı Tərəfindən seçim durduruldu. Bu iş yenə tamami ilə Nizamnaməyə zid bir addımdır.
Istratejik Nədənlər:
- Hər zaman sayın Dr Çöhrəqanlının dünya, bölgə və özəlliklə hərəkətimizin amaclarını düşünmədən poblosist çıxışları olmuşdur. Bu çıxışlar Təşkilatı və üyələrinin təhqir olmasına və illərcə enerjilərinin boşuna getməsinə səsəb olmuşdur. Örnəyin Apadana TV-dəki çıxışları vəya Okrayna da keçirilən DAK toplantısındakı çıxışları;
- Təşkilat olaraq sistemli fəaliyətimizi əngəlləməsi və bütün ilişgilərdə fərdiyətçi davranması;
- Milli lider və Güney Azərbaycan lideri olaraq təqdim olunsa da bu günədək stratejik çözüm önərə biləcək dəyərli bir kitab vəya məqalənin yazarı olmaması;
- Təşkilatın heç zaman dik duruşu sərgilənməmişdir. Sadəcə zaman-zaman birilərinə yandaş kimi davranışlar sərgilənmişdir. Bəlli şəxslərin varolan ixtilaflarda yandaşı olaraq rol alınmışdır. Hala GAMOH təşkilatı olaraq istər Quzey Azərbaycan istərsədə Türkiyəyə yönəlik doğru-düzgün bəlirlənmiş və uzağa hesablanmış siyasətimiz bəlli deyildir.
- Siyasi düzeyi düşünmədən Quzey Azərbaycan Hakimiyətinə qarşı, aşırı dərəcədə saldırqan siyasətvə çox rahatlıqla illərcə Təşkilata əmək verənləri uzaqlaşdırması və təhqir etməsi;
- Güney Azərbaycan Türkçülük savaşını unudaraq Türkiyədə Güney Hərəkətinə yetərli dəstək və planları olmayanların reklam maşınına çevrilmək, bir sözlə Güney Azərbaycan mərkəziyyətindan uzaqlaşması;
İstefaya gədənlər haqda:
GAMOH Tərəfindən isstifaya gedənlər haqda yayınlanan bildiridə bəzi boş ittihamların yer almasını GAMOH adına üzücü hərəkət hesab edirəm. Hər şəxs bir Təşkilata üyə olabilər və üyəlikdən ayrılada bilər. Bu olay və başqa məsələlər haqda bildiklərimdən tam olmasa da, bir neçəsini açıqlamaq istərdim. Milli Hərəkatımızın durumunu düşünərək bir sıra məsələlərin açılmasını doğru bilmirəm.
1. Hatəm Şahsevən : Mən Sayın Başqanın tapşırıqları əsasında Hatəm bəy şahsevənlə GAMOH-un Quzey Azərbaycan təmslçisi olması yönündə 2012-ci ildə müzakirələr apardım, ancaq Hatəm bəy təşkilatın təmsilçiliyini qəbul etmədilər. GAMOH Təşkilatının yayınladıği bildiridə Hatəm bəyin Təşkilata üyə olmaması irəli sürülmüşdür! Bu şəxs üyə deyildirsə nədən Başqanlıq tərəfindən, Hatəm bəydən bəlli miqdarda Üyəlik olaraq para alınmışdır?!
2. Aydın bəy Qaraxanlı : Ömrünü bu Təşkilatın uğrunda verən, milli ideyamıza var-yoxunu fəda edən silahdaşımızdır. Qurultaya qatılmış və səs vermiş , tədbirlərə,gənəl toplantılara qatılmış Təşkilata ən böyük maddi mənəvi dəstək və əməkləri olmuşdur.
3. Leyla xanım Mola: mənim həyat yoldaşım olaraq 1998-ci ildən etibarən mənimlə çiyin-çiyinə bu qutsal yolda var gücü ilə çalışmışdır. , bir müddət GAMOH-un xəbər Ajansı olan Sananews sitəsini çalışdırmışdır. Qurultaya qatılmış və səs vermiş , tədbirlərə,gənəl toplantılara qatılmışdır.
4. Ərsəlan bəy Kamrani: Türkiyədə GAMOH-a üyə olmuş, bir müddət GAMOH-un xəbər Ajansı olan Sananews sitəsini çalışdırmışdır. Qurultaya qatılmış və səs vermiş , tədbirlərə,gənəl toplantılara qatılaraq çalişmalarını dəvam etmişdir.
5. Hüseyn bəy Təbrizli: mənim yurd dışına çıxmamdan öncə o zamankı şərtlərdə GAMOH-a üyə olmuşdur. Qurultaya qatılmış və səs vermiş,üyəlik haqqı ödəmiş Qurultaya qatılmış və səs vermiş, tədbirlərə,gənəl toplantılara qatılaraq fəaliyətini sürdürən üyələrimizdən olmuşdur.
6. Nəvid bəy Soltani : təşkilatın üyəsidir, Qurultaya qatılmış və səs vermiş, tədbirlərə,gənəl toplantılara qatılaraq fəaliyətini sürdürən üyələrimizdən olmuşdur. NOTE: 6. ınci bendlerde adı geden(Nəvid bəy Soltani
şexs bir süre sonra fıkırlerın deyişıb ve GAMOHa döndüğünü açıqlamışlardır.
7. Zaman bəy Əlioğlu: təşkilatın, Qurultayına qatılmış və səs vermiş, tədbərdə iştirak edərək fəaliyətini sürdürmüşdür.
8. Elyar bəy Təbrizli : Çox əskidən Sayın Dr Çğhreqanlı ilə bərabər olmuş, Qurultaya qatılmış və səs vermiş, üyəlik haqqı ödəmiş dəyərli fəaliyətini sürdürmüşdür. Elyar bəy çox saygın ve duyarli fikirdaşımızdır.
Son olaraq bir daha sayin GAMOH başqanına tüm saygılarımla başarılar diləyirəm.
Sayğılarımla
Cavad Əbbasi
Sözdə GAMOH gənəl Başqan Yardımcısı və
Yönətim Qurulu üyəsi