Sən ağ-göyərcin
Biz ağlayırıq işıq
Ağlayırıq nur
Biz ağlayırıq Günəşi
Bir bölüm bahar
Cınqır Cınqır tər həyatın qanında
Sənə gəldikdə giz
Buxca heyrəti
Yırtıldı , calandı göyə ulduzlar
Dözümün yaşama boyun bağı idi
Səbrin yaddaşmda qalan sırqalar
+++
Bir əl titriyərkən yazdı on
On il !
Qapılar arxası bir dar yolaxda
Əski sevgi odası
Yeni bir Qəfəs
Zindan ilə Zindan , bir daha Zindan
+++
Ana dili yazdı Ərin
O yazdı on il
Oxudu özgürlük
O yazdı təbid .
+++
Çağı böldü Şərit
Üç qara paya
Bir səhər
Bir axşam
Bir məchul məhbus
Öz dili ilə doğuş , böyük bir günah
Özgürlük istəyi bəla imiş , bəla
Sən !
Ay Gültəkin , Ahay Gültəkin
Qoy qısır Hejmoni
Nə yazır, yazsın
Sürəcin qədərin dəyişə-bilməz .
+++
Sən çağır Altını
Sən hönkür Gümüş
Səslə barış gəlsin dərin dəyərə
Əlində tutubdur bir Qaşıq Qanı
O rəzil Hejmoni nəşədir , bilməz
Belə məst olub ki
Guya Tanrı imiş
O sənin sülh səsin eşidə-bilməz
+++
Sən !
Ay Gültəkin , Ahay Gültəkin
Sən !
Bir daha sən
O ağ-göyərcin .
Eşilbax 26.01.2020
بیز آغلئیارئق اِشئق
آغلئیارئق نور
بیز آغلئیاررئق گونشی
بیر بولوم بهار
جئنقر جئنقر تر حیاتئن قانئندا
سنه گلدیکده گیز
حیرت بوخچاسئ
یئرتئلدی, جالاندی گوُیه اُولدوزلار
دوزومون یاشاما بویون باغ اِیدی
صبیرین یادداشدا قالان سئرقالار
بیر اَل تیتری یرکن یازدی اون
اون ایل
قاپئلار آرخاسئ بیر دار یولاخدا
اَسگی سئوگی اوداسئ
یئنی بیر قفس
زندان ایله زندان , بیر داها زندان
آنا دیلی یازئ اَرین
اُو یازدئ اون ایل
اوخودو اوزگورلوک
اُو یازدئ تبعید
چاغئ بولدو شَریت
اوچ قارا پایا
بیر سحر
بیر آخشام
بیر مجهول , محبوس
اوز دیلی ایله دوغوش , بویوک بیر گناه
اوزگورلوک اِستَی , بلای مئش بلا
سن !
آی گولتکین , آهای گولتکین
قوی قئسئر هژمونی
نه یازئر یازسئن
سوُرَجین قَدَرین دَیشه بیلمز
سن چاغئر آلتئنی
سن هونکور گوموش
سسله بارئش گلسین درین دَیَره
اَلینده توتوبدو بیر قاشئق قانئ
او رزیل هژمونی نشدیر بیلمز
بویله مست اولوب کی
گویا تانرئ ایمش
او سنین صلح سسین اِشیده بیلمز
سن !
آی گولتکین , آهای گولتکین
سن !
بیر داها سن
او آغ گویرجین
26.01.2020 اِشیلباخ