Can Ordumuz
Çağırış var(2) İsrafilin surilə
Şikəstə ilə çahargahla şur ilə
Gəlir ordu qanadları nur ilə
Rəmzi zəfər , çox müzəffər ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Çəngəsi leyzerdi , bölüm düşmana
Yumruğu polatdan ölüm düşmana
Qaçaq yol bağlandı , dönüm düşmana
Qartaldı , Tərlandı şanlı ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Cinsi günəş , əmək , tanrı rəhməti
Kəsgin iradəsi elin hümməti
Yüklənibdir bütün əsrin zəhməti
Omuzunda daşır şanlı ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Xalqımıza xoş xəbərlər gətirdin
əlli milyon bizə , ğrur yetirdin
Otuz illik qəmi bir gün bitirdin
Tanrı olsun sənə yardım ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Karakterlə xoş əxlaqın var sənin
Ölkə sənin dövlət sənin var sənin
Masa , saha , nə-bilim hər nə var sənin
Dirən , dayan bizim milli ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Tarix sənlə yazdı zəfərin adın
Sənlə yaddaş oldu orda öz adın
Hər nəyə baş sənsən , hər nə , hər zadın
Mənası sənlə var , xaqan ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Gözlərin yuxusuz , ağrını alaydım
Döyünən qəlbinlə bağrını alaydım
Gizlicə çağıran ! çağrını alaydım
Yavaş pıçıldaşaq Rəmzi , ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Səngərinə qalı tək səriləydim
Qabağında bir qul tək əyriləydim
Məktub yazan barmağa sayrılaydim
Yaz zəfər nəğməsin , şanlı ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Hegemən əlinlə , qanun yazıldı
Saxsıdan düzənlər bir bir pozuldı
Sülhün düşmanına qəbir qazıldı
Döyüş meydanına yürür ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Əxlaqsız bir ordu önündə çökdü
Məsum cocuqların qanını tökdü
O rəzil ! məzarı bombla sökdü
Qalxan o Gənciyə şanlı ordumuz
Hay ordumuz can ordumuz ordumuz
++++++++++
Çirkin əmməlləri yaddaşda qaldı
Yazıldı lənətlə ! hər daşda qaldı
Qatil iz buraqdı qaça-qaşla qaldı
Ar olsun onlara ! milli ordumuz
Hay ordumuz can ordumuz ordumuz
Qarabağ sən ! səfalısan yurdumuz
19.10.2020 Eşilbax
جان اُردوموز
چاغئرئش وار , اسرافیلین سوریله
شکسته ایله , چاهارگاهلا , شور ایله
گَلیر اُردو قانادلارئ نور ایله
رمزی ظفر چوخ موُظفّر اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
چنگه سی لیزردی , بولوم دشمانا
یومروغو پولاتدئ , اُلوُم دشمانا
قاچاق یول باغلاندئ , دوُنوم دشمانا
قارتالدئ , ترلاندئ شانلئی اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
جنسی گوُنش , اَمَک , تانرئ رحمتی
کسکین اِراده سی , اِلین همَتی
یوکلنیبدیر بوتون عصرین زحمتی
اُموزوندا داشیر شانئی اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
خالقئمئزا خوش خبرلر گتیردین
اَلی میلیون بیزه , غرور یئتردین
اُتوز ایللیک غمی بو گوُن بیتیردین
تانرئ اُولسون سنه یاردئم اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
کاراکترله خوش اَخلاقئن وار سنین
اُلکه سنین دولت سنین وار سنین
ماسا , صاحا , هرنه , هرنه وار سنین
دیرَن , دایان , بیزیم ملّی اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
تاریخ سنله یازدئ ظفرین آدئن
سنله یادداش اولدو اوردا اُوُزُ آدئن
هر نَیه باش سنسن , هر نه , هر زادئن
معناسئ سنله وار , خاقان اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
گُوزلرین یوخوسوز , آغرئنئ آلایدئم
دُیوُنن قلبین له , باغرئنئ آلایدئم
گیزلیجه چاغئران ! چاغرئن آلایدئم
یواش پئچئلداشاق رَمزی ! اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
سنگرینه قالئ تک سَریلردیم
قاباغئندا ! بیر قول تک اَیریلَیدم
مکتوب یازان بارماغا سایرئلایدیم
یاز ظفر نغمه سین , خاقان اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
هِگِمن اَلین له , قانون یازئلدئ
ساخسئدان دوُزنلر بیر بیر پوُزولدئ
صُلحون دُشمانئنا قبیر قازئلدئ
دُوُیوش میدانئندا , یورو اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
اخلاقسئز بیر اورو اُنوُننده چوُکدوُ
معصوم جوجوقلارئن قانئنئ تُوکدوُ
اُ رَذیل ! مَزارئ بمببلا سُوکدوُ
قالخان اُول گنجییه شانلئ اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
+++
چیرکین عمللری یادداشدا قالدئ
یازئلدئ لعنت له هر داشدا قالدئ
قاتیل اِیز بوراخدئ قاچاقاشلا قالدئ
آر اولسون اُونلارا , ملّی اُردوموز
های اُردوموز , جان اُردوموز , اُردوموز
صافالئسان قاراباغ سن یوردوموز
19.10.2020 اِشیلباخ