Yarı Hənək – Yarı Dəyənək
Eşitdinizmi ! araz araz ,İranda nələr etdi ?
Zalim oğlu o Zərif , bizə yalan yeditdi !
++++++++++
Gözəldən gözəlliklər heç zaman əskik olmaz
Çirkini çox bəzəmə , o gəlib gözəl olmaz
++++++++++
İnam yaxşı və əəla ! sən inandın inama
Ehtyata inan ki ! o zaman yanma yanma
++++++++++
Demokrasini batılılar ! özlərinə demişlər
İnsanların haqqların çeyniyərkən yemişlər
++++++++++
Hər işə dünyamızda qarabağ örnək olmuş
Siyasi yaddaşımız ! təcrübələr-lə dolmuş
++++++++++
Dost adı ilə o xain , düşmanları tanıdıq
Qonşuya inanarkən elə o zaman yandıq
++++++++++
Siyasətdən sən ancaq yüzdə beşin bilərsən
Bildiklərini tez tez , ağzında çeyniyərsən
++++++++++
Tapmacanı tapmağa çalış düyün açmağa
Ara qatan gələcək , bil sən , ara qatmağa !
++++++++++
Qanmaz o zalim-oğlu neyləsən qanmayacaq
O qədər küt-beyindi ! bu işdən usanmayacaq
++++++++++
Daban üsdə yürümək sağlam yerimək deyil
Pəncən üstə yürü sən o leş sürümək deyil
++++++++++
Qabartsan hər şeyi sən ! o qədər ziyanlıdır
Maksimom istəklərin önü , sonu , qanlıdır
++++++++++
Siyasətdə bacarsan , birin ver sən beşin al
Uduzmaq istəməzsən bir birə yerində qal
++++++++++
Göz açısı nə qədər ? gərçəklərdə o qədər
Riallığı qanmasaq hər şey səfəhdir , hədər
++++++++++
Dığa dığalbaz imiş , yazıq çox yazıq imiş
Belə düşün qurbani ! qədərin bilməyırmiş
++++++++++
Bilseydin o nədəni , itirməzdin dədəni ?
Tapmacanın dalın tut ! həsrətlə o gedəni
++++++++++
Bu sözləri birbə bir dırnaq arası dedim
Diyə diyə əsəbdən dırnaqlarımı yedim
Eşilbax 11.10.2020
یارئ هَنَک - یارئ دَیَنَک
اشتمشدین ! آراز آراز ! ایراندا نلر اتدی ؟
ظالم اوغلو او ظریف بیزه یالان یئدتدی
گوزلدن گوزللیکلر هئچ زامان اسکیک اولماز
چیرکنی چوخ بزمه او گلیب گوزل اولماز
اینام یاخشئ و اعلاء سن ایناندئن ایناما
احتیاطا اینان کی ؟ او زامان یانما یانما
دمکراسنی باتئلئلار ! اوزلرینه دمیشلر
انسانلارئن حاقلارئن چینییرکن یئمیشلر
هر ایشه دُنیامئزدا قاراباغ اورنک اولموش
سیاسی یادداشئمئز تجروبه لرله دولموش
دوست آدئ ایله او خائین دشمانلارئ تانئدئق
قونشویا اینانارکن ! اله او زامان اودوزدوق
سیاستدن سن آنجاق یوزده بئشین بیلرسن
بیلدیکلرینی تئز تئز آغزئندا چینَیرسن
تاپماجانئ تاپماغا , چالئش دویون آچماغا
آرا قاتان گلجک ! بیلسن آرا قاتماغا ؟
قانماز او ظالئم اوغلو, نه ادرسن قانمئیاجاق
او قدر کوت بیندیر! بو ایشدن اوسانمئیاجاق
دابان اوسته یورومک ساغلام یئرمک دیل
پنجه اوسته یوروسن او لئش سورومک دیل
قاباردسان هربیر شئی ! بیر او قه در زیانلئدئر
ماکسیموم ایستکلرین اونو, سونو, قانلئدئر
سیاستده باجارسان بیرین وئر بئشنی آل
اودوزماق استمزسن بیر بیره یئرینده قال
گوز آچئسئ نه قدردی ؟ گرچکلر او قدردی
رئاللئغئ قانماساق هر شئی سَفَه ! هدردی
دئغا دئغالباز ایمش یازئق چوخ یازئق ایمش
بیله دوشون قربانی , قَدَرین , بیلمه ایمیش
بیلسیدین او نه دنی ؟ اِتیرمزدین دًدَنی
تاپماجانئن دالئن توت ! حسرتله او گِئدنی
بو سوزلری بیر به بیر دئرناق آراسئ دئدیم
دیه دیه عصبدن , دئرناقلارئمئ یئدیم
اشیلباخ 11.10.2020