Ortadoğu özəlliklə 2003-cü ildən bəri Amerikanın İraqda Səddam Hüseyni devriltmək məqsədilə bu ölkəyə qarşı başlatdığı hərbi hücumla olduqca böyük bir insani faciə və dəhşətli bir iqtisadi, ictimai və siyasi böhranlarla qarşı-qarşıya gəlmişdir. Böyük Ortadoğu projəsi 2011-ci ildən etibarən Suriyədə Qərb dövlətləri və Türkiyə bir tərəfdən, Rusiya və İran dövlətləri digər tərəfdən bu ölkədə iç savaşa qatılmaqla bu qanlı projə və çatışmaları yeni bir aşamaya gətirmişlər.
15 ildən bəri çeşidli millətlərin, fərqli din və məzhəblərin qanlı çatışmalarının və dəhşətli qətiamlarının səhnəsinə çevirilən Ortadoğuda, yüzminlərlə insan vəhşicəsinə öldürülmüş və milyonlarla insan öz yurdlarını tərk etmək zorunda qalaraq didərgin düşüb və hazırda olduqca acınacaqlı bir məcburi köçkün şərayitində başqa ölkələrdə yaşamağa məcbur qalmışlar. Böyük Ortadoğu projəsi adı altında başlanan bu projənin mərkəzində, bu bölgələrdə yaşayan Türkman, Ərəb, suryani millətlərinin torpaqları və özəlliklədə Azərbaycan torpaqları hesabına böyük Kürdüstanın yaradılması olmuşdur. Eyni zamanda bu projənin başlıca amaclarından biridə Amerika başda olmaq üzrə Qərb dövlətlərinin sənayəsi və gündəlik ehtiyaclarını qarşılayacaq və onlar üçün olduqca həyati və zəruri olan ortadoğunun zəngin yeraltı neft və qaz yataqlarına əl qoyub onları öz kontrol və ixtiyarlarına almaq olmuşdur. Böyük Ortadoğu projəsi əsasında Mərakeşdən Omana qədər 22 ölkənin sərhədlərinin dəyişilməsi nəzərdə tutulsada, hər halda bu gün onun böyük ölçüdə uğursuzluğa uğraması və öz amaclarına çata bilməməsinin şahidi oluruq. Amarikan və Qərb dövlətlərinin bu uğursuzluğunda Türkiyə dövləti və özəlliklə qəhrəman Türk ordusunun böyük rolu olmuşdur.
Bölgədə belə bir gərgin durum hakim olduqda, İran adlanan ölkəyə gəldikdə ona hakim olan İslam rejimi, bu gün öz 40 illik qanl-qadalı hakimiyyətinin ən ağır və həssas dövrünü keçirərək, tayı və misli görünməmiş böyük kütləvi etiraz dalğalaryla qarşı-qarşıya gəlmişdir. Ölkənin dörd bir yanında ağır və dərin ictimai, iqtisadi, siyasi və kültrel bir böhranın mövcud olması, millətlər dostağı olan İran adlanan ölkəni olduqca çıxılmaz bir duruma gətirmişdir.
Qan, qorxu, cəhalət, mövhumat, xurafat, fəsadlar və yalanlar üzərində qurulan cinayətkar İran İslam hakkimiyyəti, 40 ildən bəri törətdiyi hədsiz cinayətlərdən, zülümlərdən və etdiyi haqsızlıqlardan, yolsuzluqlardan və yaratdığı yoxsuluqlardan, eləcə də ağır ictimai, iqtisadi və siyasi basqılardan və ölkənin başa-başında baş alıb gedən çeşidli fəsadlardan dolayı bir çox şəhərlərdə cana gəlmiş xalq kütlələrinin böyük və kəskin etirazlarıyla qarşı-qarşıya gəlmişdir. Belə bir kütləvi etirazlarların qarşısında aciz qalan bu qəddar rejim, günahsız insanların üzərinə atəş açaraq bu etirazların qarşısını almağa çalışmışdır.
Burada belə bir dəhşətli və acınacaqlı durumun hakim olmasıyla yanaşı özəlliklədə qəddar Iran islam rejiminin atom məsələsilə bağlı Obama dönəmində Amerika başda olmaq üzrə altı Qərb dövlətilə bağladığı Bərcam anlaşmasının keçən aylarda bir tərəfli olaraq Tramp tərəfindən ləğv ediməsi, bu dövlətlərin ona qarşı uyquladığı bir çox təhrimlər, iqtisadi blokadalar, hədə qorxular, ölkədə uzun illərdən bəri yaşanan bu dərin iqtisadi və siyasi böhranı partlama həddinə çatdırmışdır.
Bu dövlətlərin keçən bu uzun illərdə İran İslam rejininə sadədə sözdə qarşı olub yumuşaq davranmaları və ona qarşı tutduqları belə bir mövqenin əsas səbəbi, onların bu bölgədə siyası və hərbi dəngəni saxlamaq məqsədilə Ərəb körfəzindəki Ərəb ölkələrinə İran rejiminin çox təhlükəli olduğunu aşılamaqla, öz silah anbarlarını boşaldıb və köhnəlmiş silahlarının satılması olmuşdur. Amerikanın yalnız Ərəbistana keçən il satdığı silahların məbləği 380 milyard dolar olmuşdur. Gərçək budur ki, Amerika, İsrail başda olmaqla Qərb dövlətlərinin faşist İran İslam rejimi arasında olan ilişkilərilərdə uzun illərdən bəri yaranan gərginliklər, əslində və bu günə qədər söz davasından başqa bir şey olmamış və görünən bu ki, bu iyrənc oyunun heç bir sonu yoxdur. Özəlliklə də Almaniya, Fransa, ingiltərə və başqaları Bərcam anlaşmasının Tramp tərəfində ləğv edilməsinə etiraz edərək onun bu anlaşamda qalmasında israrlı olub və açıqcasına İran İslam rejimini müdafiə etmişlər. Lakin bu dövlətlər məcburən Amerikanın qərarına baş əyərək İrana qarşı təhrimlərə qatılmaq zorunda qalmışlar. Burada aydıncasına bu dövlətlərin insan haqları, demokrasi və fərdi və siyasi azadlıqlarlarla bağlı yerə-göyə sığmayan iddialarının tamamilə yalan olduğunu və onların hər zaman və ilk öncə ancaq öz iqtisadi çıxar və mənfəətləri və siyasi maraqlarının hər nədən üstün olduğunu görürük. Bütün bu məslələrə rəğmən Avropa Birliyi ölkələrinin özəlliklədə Almaniya, İngiltərə, Fransa və İtaliyanın İran islam rejimilə səmimi siyasi əlaqə və yaxşı bir iqtisadi münasibətdə olduqlarının şahidiyik.
Bunuda qeyd etməliyik ki, noyabr ayının başlarından etibarən İran İslam rejiminə qarşı yeni sanksiyalar və təhrimlərin dövrəyə girməsi bu cani rejimi dahada ağır, dərin ciddi bir iqtisadi və siyasi böhranlarla qarşı-qarşıya gətirəcəyi gözlənir.
Ölkə çapında bütün ictimai, iqtisadi və siyasi sahələrdə belə bir faciəli və ağır durum hakim olduqda, fars-İran dövlətinin 90 illik bir müstəmləkəçi siyasətinə məruz qalan Güney Azərbaycanda, vəziyyət dahada ağır, dəhşətli və olduqca faciəlidir. Fars faşizmi və İran islam rejiminin iyrənc və çirkin üzünü olduqca bərbad duruma düşən və geniş bir işsizlik, yoxsulluq, etiyad və ictimai fəsadların alanına çevirilən Azərbaycan böyüklüyündə geniş bir ərazidə görmək olar.
Güney Azərbaycanda iş yerlərinin və fabrikaların olmamasından dolayı gənclərimiz və hətta yüksək ali təhsilli universitet məzunları olan gənclər və mütəxəssislər belə başqa fars şəhərlərinə köçmək məcburiyyətində qalıb və bununlada cənnət olan vətənimizin Kəndləri və şəhərləri boşalaraq xərabəzarlığa çevirilir. Güney Azərbaycanda irqçı islam rejimi 40 il hakimiyyəti dövründə heç bir fabrik və iş yerlərinin açılmaması və sənayə sahəsində əsla sərmayənin yatırılmaması halda, bu rejim vetən sevər azərbaycanlıların qarşısına böyük əngəllər yaradaraq onlarında iş yeri və fabriklərin açmasına maneələr törətmişlər. Azərbaycanda mövcud olan iş yerləri belə tətil olub onminlərlərlə işçi işlərindən qovulmuşdur. Şah rejimi dönəmində Təbriz ölkənin üçüncü sənəti şəhər olmasına rəğmən, bu gün 17-ci sıraya tənəzzül etmişdir. Bu əngəllər və maneələr yetmədi diyə, faşist İran İslam rejimi Güney Azərbaycan şəhərlərində sərmaya yatırmaq istəyənlərin vergi oranını 19 faizə qaldırmaqla, burada bəlkədə az sayda olan insanların sərmaya yatırmalarının qarşısınıda bir dəfəlik əngəlləmişdi.
İran islam rejimi Türk düşmənçiliyindən dolayı bu qeyri-insani qərarını Azərbaycanda uyquladıqda, fars bölgələrində bu vergi oranı 5 faizin aşağısına düşmüşdür. İran adlanan ölkənin şəhərlərinin nüfusu günü-gündən artmaqda olmasına rəğmən, son illərdə Azərbaycanın dilbər və cənnət diyarlarından biri olan Xalxal, Kosər, eləcə də Tikan Təpə və başqa şəhər və bölgələrində nüfusun dəhşətli dərəcədə azalmasını görürük.
Azərbaycan minillərdən bəri gözəl və əlverişli iqlim, verimli torpaqlara sahib olmasından dolayı əkinçilik və özəlliklədə bağçaçılıq kənd və şəhərlərdə bir çox insanın əsas iqtisadi gəlir qaynağı olaraq, onların yaşamının təmininə vəsilə olmuşdur. Ancaq son illərdə faşist İslam rejiminin bilərəkdən və planlı şəkildə Azərbaycan və Türk millətini yox etmək doğrultusunda milyonlarla insanın bu gəlir qaynağınıda yox etməyə çalışmaqdadır. Keçən illərdə Urmu, Salmas, Xiyov, Mərənd və bir çox şəhər və bölgələrdə onmillərlə ton alma, hülü və başqa keyfiyyətli meyvələr rejimin məqsəd yönlü siyasəti nəticəsində bağçaçıların əllərində qalıb, satılmamalarından dolayı onlar meyvələrini yolların kənarlarına buraxıb və beləliklədə rejimə qarşı öz ciddi etirazlarını bildirmişlər.
Azərbaycanın zəngin yeraltı-yerüstü təbii sərvətləri talanıb qarət edilərək fars şəhərləri və bölgələrinə aparılır. Təkcə Ortadoğunun ən böyük qızıl yataqlarına sahib olan Tikan Təpənin Zərşuran qaynağından bir gündə çıxarılan qızıl 12 kilo olmuşdur ki, onun illik gəliri 120 milyard tümən olur. Burada hələ bu şəhərin Ağdərə qızıl qaynağı, eləcə də dünyanın böyük mis qaynaqlarından biri olan Vərziqanın Süngün mis qaynağı, Zənganın Ənquran bölgəsində olan çingo (ruy) qaynağı və Güney Azərbaycanın bir çox bölgələrində olan dəyərli daş və mərmər qaynaqları və yüzlərlə talanan qaynaqlardan söz etmirik.
Keçən aylarda Şərq qəzetəsinin etirafına əsasən Güney Azərbaycanın zəngin yeraltı-yerüstü qaynaqları İran adlanan ölkənin neft və qaz yataqlarından dahada zəngin olmuşdur.
Azərbaycanın vəhşicəsinə talanıb qarət edilməsi, İran rejiminin məclisində olan bəzi manqurt və satqın vəkillərinin də belə səsini çıxarıb və onlarda bu zəngin yeraltı qaynaqların çıxarılıb talan olmasına etiraz edərək, bu sərvətlərin qarət edilməsindən Azərbaycana yalnız zəhərlərinin qalmasını söyləyirlər.
Günüy Azərbaycanın vəhşicəsinə çapılıb qarət edilməsi bunlarla yetmir. İran adlanan ölkənin fars bölgələrindəki ödənilən normal aylıq maaşlarlar, Azərbaycan şəhərlərində verilən maaşlardan 30-40 faiz çox olmuşdur. Ölkədə çapında büdcənin də bölgələrə verilməsindədə böyük və inanılmaz ayrıseçkiliklərin şahidi oluruq. İsfahan əyalətinə ayrılan büdcə Azərbaycan əyalətlərinin hamısına verilən büdcədə qat-qat çox olmuşdur. İş o yerə çatmışdır ki, Şərqi Azərbaycanın manqurt valisi bu əyalətdən toplanan verginin sadəcə beşdən biri büdcə olaraq Tehrandan bu əyalətə verilməsini söyləyir. Buda müstəmləkəçi fars-İran dövlətinin necə vəhşicəsinə Azərbaycanı istismar edərək, onu talayıb qarət etməsini aydıncasına göstərməkdədir. Yəni Azəbaycan nəinki İran adlanan ölkənin sahib olduğu zənginlikdən zərrəcə belə olsun faydalanmamışdır, bəlkə tam əksinə bütün sahib olduğu sərvətləridə tamamən fars faşizmi tərəfindən qarət edilməkdədir. Təəcübli və eyni halda gülüc olan budur ki, bir çox iddialı irançı azərbaycanlı solçular, hər zaman Azərbaycanın İran adlanan ölkədən ayrıldığı təqdirdə heç bir iqtisadi imkanlara sahib olmadığından dolayı onun ac qalacağını dönə-dönə vurğulayıb və bununlada müstəmləkə şərayitində və fars faşizminin boyunduruğu altında rəzalətlə miskin bir yaşamağı şərəfli, azad və başıuca yaşamaqdan üstün tuturlar.
İran İslam dövləti qatı Türk düşmənçiliyindən dolayı bilərəkdən və məqsəd yönlü olaraq 90-cı illərdən bəri Urmu gölünə tökülən 16 çayın üzərinə 72 su anbarları tikəməklə ciddi şəkildə Urmu gölünü qurudmağa çalışıb və beləliklədə Güney Azərbaycanı bir dəfəlik yox etmək niyyətindədir.
Azərbaycanın qaşılaşdığı bu dəhşətli faciələr və başına gətirilən bu ağır fəlakətlər gərçəkdən onu bu gün böyük bir ölüm-qalım mücadiləsilə qarşı-qarşıya gətirmişdir.
Yuxarıda söylənən bu məsələlərə əgər Azərbaycanın Qərb bölgələrində qatı Türk düşməni olan irqçı İran dölətinin apardığı kürdləşdirmə siyasəti və bu bölgədə get-gedə dahada təhlükəli bir duruma çevirilməsini artırsaq, bu durumun Güney Azərbaycan və Türk milləti üçün nə dərəcədə böyük və ciddi bir təhlükə olduğunu anlaya bilərik.
Qarşılaşdığımız belə bir dəhşətli fəlakət və faciələrlə yanaşı bölgəmizdə gedən qanlı çatışmalar, iç savaşlar və şahid olduğumuz bu ürək ağrıdıcı mənzərələr, bu duruma qarşı bizi ciddi şəkildə düşündürməyə bilməz.
Azərebaycanın düşdüyü bu acınacaqlı durumdan təkcə çıxış yolu təşkilatlanıb və birlikdə Türk millətimizi səfərbər edərək ortaq düşmənimizə qarşı mübarizə aparmaqdı. Tarixi zərurətdən doğan bu həyatı olan vəzifənin öhdəsindən gələ bilməsək, yaxud onu bacarmasaq, qarşımızda duran bu böyük məsələlərlə bağlı düşmənimiz olan fars faşizminə qarşı mübarizədə qələbə çalmağımız mümkün olmayacaq.
Bu gün Güney Azərbaycanda milli azadlıq və qurtuluş hərəkatının get-gedə güclənməsi bir gərçəkdir. Güney Azərbaycanda Sovetlər Birliyinin 1992-ci ildə dağılıb və Azərbaycan cümhuriyyətinin bağımsız olması milli bir oyanışın və milli şüurun yüksəlməsinin başlanqıcı olmuşdur. Millətimizin öz kökünə, öz kimliyi və öz Türklüyünə dönməsi getdikcə milli ruh, milli şüurun gəlişməsinə səbəb olub və bu məsələdə onları fars faşizminin müstəmləkəçi siyasətinə qarşı mübarizəyə yönləndirir.
Bu gün Güney Azərbaycanda yüzminlərlə aydınımız özəlliklədə gənclərimiz milli şüura sahib olaraq, Azərbaycanın azadlıq və qurtuluşu uğrunda İran İslam rejiminə qarşı mücadilə aparmaqdadırlar.
Lakin əfsuslar olsun ki, bu insanların verdiyi mücadilə əsasən kiçik qruplar və çox hallarda fərdi mübarizə şəklində olmasından dolayı və onun bir mərkəzdən yönəldilməməsi səbəbindən bu təqdirə layiq hərəkətlər istənilən və gözlədiyimiz nəticəni verməmişdir. Bu səbəbdən də bu gün Azərbaycan milli azadlıq və qurtuluş hərəkatının qarşısında dayanan ən vacib və acil və eyni zamanda həyatı məsələlərdən biri və qələbəmizin rəmzi və onun birinci şərti istər içəridə, istərsədə xaricdə ancaq bütün siyasi parti və qurumların və milli şəxsiyyətlərin bir platform əsasında və bir çatı altında vahid bir cəbhə və yaxud bir təşkilatda birləşmələridir.
Gərçək budur ki, hazırda Azərbaycan milli azadlıq və qurtuluş hərəkatı hələ bizim arzu etdiyimiz bir güc və düşmənə layiqli bir cəvabı verə biləcək, həm də ona qarşılıq qoya biləcək bir səviyyə,yə çatmamışdır. Çünki fars faşizminin uyquladığı 90 illik müstəmləkəçi siyasətinə dayalı aparılan asimilə siyasəti nəticəsində, Türk milləti milli şüurdan tamamən yoxsun olmuşdur. Təəsüf yeri və olduqca acınacaqlı olan budur ki, keçən bu uzun illərdə bir çox kiçik və heç bir önəmli tarix və keçmişə malik olmayan etnik qruplar belə millətləşmə sürəcini layiqli şəkildə keçirdiyi halda, Türk milləti bu sürəcdən geri qalmış və kütlənin böyük bir bölümü özünü bu gündə Azərbaycanlı və Türk yox bəlkə iranlı adı və kimliyi altında tanıyıb və hətta iranlı olmaqdan belə qürür hissi duymaqdadır. Bu məsələ hazırda milli azadlıq və qurtuluş hərəkatımızın böyük sorunlarından biri həm də onun zəyif tərəflərindən biri olaraq qalır və xalq kütləsinin böyük ölçüdə bu hərəkata qatılmalarının qarşısında böyük əngəllərdən biri sayılır. Bu məsələdə bizim mediya boşluğu və vacib olan başqa imkanların olmamasının əksinə əlbəttə irqçı rejimin böyük imkanlara sahib olmasıdır. Özəlliklədə bu rejimin mediya vasitəsilə apardığı geniş təbliğatlar bir tərəfdən, eləcə də onun müxlifəti sayılan və sağdan tutmuş sola qədər fərqli siyasi düşüncə və əqidəyə həm də qatı Türk düşməni olan aşırı paniranist qüvvələr digər tərəfdən milli və siyasi şüurdan yoxsun olan bu böyük kütləni öz iyrənc irançılıq siyasətinin etgisi altında saxlamağı bacarırlar. Hazırda Amerika və Avropadan yayımlanan BBC, Amerika səsi, Rdiyo Fərda, Radiyo Zəmane, Doyçe Velle və bunlar kimi onlarla telviziyo kanalları fars şovinizminin təbliğaçıları olaraq Azərbaycana qarşı durmadan təxribatçılıq verlişləri aparırlar.
2006-cı ilin may qiyamında milyonlarla insanın rejimə qarşı küçələrə tökülüb iki həftə boyunca Azərbaycanın 50-yə yaxın şəhər və qəsəbələrində fars faşızmi və İran İslam rejiminə qarşı etirazların davamının olmaması, bu hərəkətə rəhbəlik edə biləcək güclü bir təşkilatın olmaması, eləcə də millətimizin içində ümumiyyətlə milli şüurun aşağı səviyyədə olması və bu dövrüdə sadəcə keçici bir duyğu və ehsasın olması deyilənlərə bir sübutdur.
Əlbəttə burada vurqulanması gərəkən bir gərçək budur ki, hər inqilab, hər ictimai hərəkət və hər qurtuluş mücadiləsində bir millətin hamısının siyasi şüura malik olub və bu hərəkətlərə qoşulmaları imkansızdır. Burada mümkün qədər kütlənin böyük bir bölümünün milli azadlıq və qurtuluş hərəkatına qatılmasını sağlamaq üçün onların sinfi istək və arzularının nəzərə alınması ən vacib və önəmli məsələlərdən sayılır. Eyni zamanda bu vacib məsələdə, həm də bu hərəkatı yönlədən siyasi qüvvələrin verdiyi şüarlarından və kütləni bu şüarların ətrafında toplayıb birləşdirə biləcək qabliyyətdə olan bu siyasi qüvvələrdən asılı olmuşdur.
Bu gərçək, hər bir millət üçün keçərli olduğu halda, Azərbaycan Türk milləti üçündə keçərlidir. Azərbaycanın milli və siyasi qüvvələri müstəmləkəçi İran islam rejimi başda olmaq üzrə fars faşizminə qarşı apardığı milli azadlıq və qurtuluş mücadiləsində öz hejemoni və öz rəhbərliyini təmin etməsi, qəlbəmizin əsasi şərtlərindən biri sayılır və hərəkatın başında olan öncül qüvvələr bu böyük və tarixi görəvi bacarmalıdırlar.
Hazırda Güney Azərbaycanda böyük bir siyasi durqunluq və hərəkətsizliklə qarşı-qarşıyayıq. Belə bir durumun yaranmasının ikinci səbəbi, içəri və dışarıda fəaliyyət göstərən siyasi parti və qurumların arasında olan sünii ixtilaflar, anlaşılmamazlıqlar, dedi qodular, qara yaxmalar və hətta şəxsi ixtilaflalar olmuşdur ki, milli birlimiyin qarşısında böyük əngəl olaraq, belə bir durumun dəvam etməsinə yardımçı olmuşdur.
Güney Azərbaycan hazırda tarixinin heç dönəmində qarşılaşmadığı ən həssas, ən ağır və ən çətin sınağıyla qarşı-qarşıya gəlmişdir. Azərbaycan Türk milləti bu tarixi sınaq və bizim üçün bəlkə də son bir sınaq, həm də son bir mücadilə olan bu tarixi aşamalardan başuca və zəfərlə çıxmaq məcburiyyətindədir.
Əks halda və keçən 100 ildəki tarixi səhv və xətaları bir daha təkrar etdiyiyimiz təqdirdə faşist İran islam rejiminin yıxılmasından sonra bir daha müstəmləkəçi Qərb dövlətlərinin vasitəilə İran adlanan ölkənin hakimiyyətinə gətiriləcək hər hansı bir Türk düşməni olan irqçı rejim, bu dövlətlərin hər tərəfli yardım və dəstəkləri ilə Azərbaycan və Türk millətini var olan gücü ilə tamamən yox etməyə çalışacaqdır.
20.09.2018