Cənubi Afrikalı jurnalist Kevin Karter haqqında belə nəql edirlər: "1993 - cü ildə o, Sudana səfər edərək çalışır yeməyin və suyun qıtlığını yaradan təbii faciə ilə bağlı xəbərlər hazırlasın. O, Sudanın Cənubunda yerləşən bir kənddə balaca bir qız uşağı görür, o, ayaqlarını güclə sürüyə-sürüyə özünə yemək axtarmaq məqsədi ilə yaşadığı yerdən bir başqa yerə gedir. Birdən-birə yıxılıb yerdə qalan qız, çox zəif səslə ondan yardım istəyir. Bu zaman leşdağıdan gəlib qızdan bir qədər aralı onun yanında oturur. Uşağın huşdan getməsini və ya ölməsini gözləyir ki, bu vəziyyət alınandan sonra, onu eşib yesin. Jurnalist bu səhnədən bir neçə şəkil çəkir, amma bir müddət gözləyir ki leşdağıdan uşağın yaxınlığında qanadların açarkən ondan bir şəkil çəksin. Amma bu işə nail ola bilmir. Nəhayət, leşdağıdanı oradan qovur, qızı öz halına buraxıb, öz yoluna davam edir. Ancaq bir başqa yerdə ağac altında oturub, bu qız uşağının kədərli hekayəsi onun öz qızını yadına salır və onun ağlamasına səbəb olur. Onun bu hadisədən çəkdiyi şəkillərdən biri tamam dünyada yayılaraq ona çox şöhrət gətirir. Çoxları o işlədiyi qəzetə və jurnalistə məktub və ya telefon vasitəsi ilə müraciət edib, o balaca qız uşağının taleyini soruşurlar. Onlar jurnalisti qınayırlar ki, niyə ona nicat verməyib ? O, özünü müdafiə üçün deyir: ”Ancaq o qız deyildi, yüzlərlə balaca uşaq bu şəraitdə idi. Onlara nicat vermək onun imkanından xaric idi.” Bir ildən sonra, yəni 1994-cü ildə jurnalistə çəkdiyi həmin şəkilə görə Pulitzer mükafatı verilir. Amma mükafatı alandan bir neçə ay sonra, o, intihar edir. Və özünə qəsd etməmişdən qabaq yazdığı məktubda etiraf edir ki, o, balaca qız uşağını öz halına buraxdığına xatir həmişə vicdan əzabı çəkib və özünü bağışlaya bilməyib.
Bu hadisəni nəql etməkdə mənim məqsədim bundan ibarətdir ki, bir insanın, xüsusən balaca uşağın həyatı təhlükə altında olanda etik normalar hökm edir biz ona nicat verməyə çalışaq. Amma, işarə etdiyimiz jurnalist bu balaca qıza nicat vermək yerinə, bir əvəzsiz şəkil çəkməyi üstün tutur. Hətta uzun müddət gözləyir ki, can üstündə olan uşağın kənarındakı leşdağıdan qanadlarını açan zaman onun şəklini çəkə. Nəhayət, işini görüb onu öz halına buraxır. Bu hadisədən belə bir nəticə almaq olar, o, pul və şöhrətə yetişmək üçün bir yaxşı şəkli o balaca qızın həyatından üstün tutur. Burda belə bir sual vermək olar: Etika nədir? Hansı amillərdən asılıdır? Və o, jurnalistikada hansı yeri tutur?
Etika nədir?
"Etika" -- yunan kəlməsi olub, mənası "ənənə" və "adət" -- deməkdir. Biz Azərbaycan dilində bu kəlmənin sinonimi olaraq, "əxlaq" sözündən istifadə edirik. Amma diqqət etməliyik, "etik" və " əxlaq" iki termin kimi məna baxımından bir-birindən fərqlənirlər. Etika -- əxlaq haqqında təlimdir. Başqa cür bu şəkildə ifadə etmək olar: "Etika -- əxlaqın nəzəriyyəsidir."
Bir insanın etikasınə onun içində olan bir səs ilə müqayisə etmək olar, bu səs daim nəyin düz və ya nəyin yanlış olduğunu xatırladır.
Etika -- o fikirlərdən və qayda-qanunlardan ibarətdir ki, insan onların əsasında öz əməlini həyata keçirir. Elə bu səbəbə görə, çox böyük əhəmiyyət daşıyır ki, hər bir insan öz xəlvətində inandığı etika üsulların yenidən araşdıra. Burdan belə bir nəticə alıb deyə bilərik, insanı heyvandan fərqləndirən əxlaqdır. Əxlaq insana kömək edir düzü yanlışdan, pisi yaxşıdan ayıra. Və bu sualı edə: "Nə üçün? " Amma heyvan öz instikləri əsasında əməl edir. Heyvanlar arasında heç bir qayda-qanun yoxdur, onların etdiyi əməllərə nəzarət etsin. İnsan hər vəziyyətdə müxtəlif mümkün olan alternativlərin içindən öz inandığı etik üsullarına uyğun olan alternativi seçərək ona əməl edir. Bu etika üsullarının əsasında həyata keçirilən əməl əxlaq sayılır. Bəs belə demək ola, hər kəs danışığında inandığı etika üsullarını nişan verir, amma etdiyi əməl ilə öz əxlaqını nümayiş etdirir.
Son iyirmi ildə xüsusən inkişaf tapmış ölkələrdə etik normalar xüsusi diqqət mərkəzinə gəlib. Çünki etika rabitənin nə olduğundan yox, əslində rabitənin necə olduğundan bəhs edir. Etika hökm edir, xüsusən jurnalistika sahəsində ətraflı məlumat verilə və gerçəklər aydınlaşa. Etikaya riayət olunmaması və ya aşağı səviyyədə olması informasiyanın inkişafında mənfi təsir qoyur. O da öz yerində ictimaiyyətin geri qalması ilə nəticələnir. Bu gün dünyanın inkişaf tapmış ölkələrində etika ilə əlaqədar müxtəlif universitetlərdə kurslar bərpa olunur, yeni-yeni kurslar açılır və burda iştirak edənlərin sayı artır. Hal-hazırda ətraf mühit, iqtisadiyyat, siyasət, internet və s. sahələrlə bağlı etika dairələri yaranıb və bu dairələrdə etika ekspertləri müxtəlif mövzularla bağlı etka normaların araşdırırlar. Öz araşdırmaları ilə bağlı hesabatı dövlət dairələrinə və xüsusi orqanlara məsləhət verirlər.
Etika hansı amillərdən asılıdır?
Üstə qeyd etdiyim kimi bizim davranışımız inandığımız etika normalarının əsasında həyata keçirilir. Etika normaları dünyanın hər yerində eyni deyil. Müxtəlif amillər, o cümlədən siyasi sistem quruluşu, iqtisadiyyat və mədəniyyətdən təsirlənir. Elə bu səbəbə görə, imkanı var müəyyən bir əməl bizim fikrimizcə etik normalara uyğun olsa, başqa bir yerdə etik normalara zidd sayıla.
Əlbəttə, son illərdə əlaqə texnikası, o cümlədən, internet və satilet texnikası həddən artıq tərəqqi tapıb və dünyanın hər bir tərəfindən insanlar müxtəlif etik normalarıyla virtual dünyada bir-biri ilə əlaqə saxlayıb və bir-birinin üzərində təsir qoyurlar. Elə bu da öz yerində səbəb olub müxtəlif sahələrdə, o cümlədən jurnalistika sahəsində qlobal etik normaları milli və məhəlli normaları kənara vurub, özünə geniş yer açıb.
Etika və siyasi amil
Hər bir ölkədə olan siyasi quruluşun o ölkənin etik normalarının üzərində çox böyük təsiri var. İranda siyasi quruluş qeyri-demokratik olduğuna xatir, informasiya vasitələrinin əksəri İran iqtidarının nəzarəti altındadır və informasiya onun istədiyi kimi formalaşaraq hər bir tərəfə yayılır. Hətta, tənqidi fikirli olan siyasi fəallara qarşı ağır töhmətlər və iftiralar vurulur. Bu növ davranış jurnalistikanın əsas təməli ilə ziddir. Çünki jurnalistikanın əsas təməlində gərək bir mövzu ilə bağlı hərtərəfli məlumat verilə və həqiqət gizlədilməyə.Təcrübələr nişan verir əgər uzun bir zaman bir yerdə totalitar rejim hakim olur, bu növ etikaya zidd olan davranışlar juranalistik fəaliyyətdə rəftar normasına çevrilir. Çox təəssüf yeri var, bəzi vaxtlar Güney Azərbaycana aid olan informasiya vasitələrində şantaj siyasətinə şahidik. Bəzi təşkilatlar və fərdlər rəqibini meydandan çıxarmaq üçün ona ağır ittiham vurmaqdan çəkinmirlər. Gülünc hal budur ki, o adamlar öz davranışların etik normalara zidd bilimirlər və çalışırlar özlərini demokrat, çağdaş və müasir adamlar kimi nişan verələr. Amma dünyanın inkişaf tapmış ölkələrində rəqibə qalib gəlmək üçün demokratik vasitələrdən, yəni siyasi dioloq, mübahisə və məşvərətdən faydalanıb, özün haqlı göstərmək üçün kütlənin dəstəyinə dayanırlar. Bu mədəni və demokratik davranış səbəb olur jurnalistə və onun qələminə inam arta, eyni halda kütlənin ümumi informasiyası üstə getməklə ictimaiyyətdə tərəqqi və inkişaf prosesi davam tapa. Amma bir yerdə ki, şantaj və iftira vurmaq metodları hakimdir və bəzi jurnalistlər çalışırlar polis, prokuror və hakim rolun oynayalar, bu zaman jurnalistə və onun qələminə inam azalır, hətta inam aradan gedir. Bu da öz yerində səbəb olur kütlənin içində düz -- yanlış, yaxşı - pisi ayırmaq çox çətin ola. Kütlənin ümumi məlumatı azalanda, ya saxta məlumatı olanda ictimaiyyətdə tərəqqi və inkişaf prosesi dayanır.
Etika və iqtisad
Jurnalistlər o zaman yazılarında etika normalarına əməl edə bilərlər ki, iqtisadi baxımından müstəqil adamlar olalar. Dünyanın inkişaf tapmış ölkələrində jurnalist kimi çalışmaq yaxşı iş hesab olunur və onların rahat yaşayışları var. Onlar yazılarında özlərini sərbəst hiss edirlər, əgər onların yazıları başqa bir fərdə can, mal və ya mənəvi xəsarət vura, o zaman qanun nöqteyi-nəzərindən məsuliyyət daşıyırlar. Amma İran kimi ölkədə jurnalist fəaliyyətini minalanmış sahədə yol getməyə bənzədirlər. İstənilən zaman mümkündür bir mina partlayıb jurnalistə ciddi, hərtərəfli xəsarət vura. Misal üçün, İranda jurnalistlər öz gəlirləri ilə özlərini və ailələrini dolandırmaqda çətinlik çəkirlər. Bəziləri jurnalist fəaliyyəti ilə birgə, onun kənarında başqa işlə də məşğul olurlar. Misal üçün, taksi sürürlər, ya küçədə corab - köynək satırlar. Bu cür ağır bir durumu olan jurnalistlər, ancaq özlərinin yox, eyni zamanda ailələrinin də vəziyyətini düşünməlidirlər. Çünki əgər hökumət dairələri təyin edən qırmızı xətti aşalar, bu zaman həbs olunub, gəliri kəsilib və onun ailəsi öz halına buraxılacaq. Elə hökumət dairələri jurnalistlərin bu ağır iqtisadi durumundan sui-istifadə edib, onları sifarişli yazı dərc etməyə məcbur edirlər.
Etika və mədəniyyət
Özünüz bildiyiniz kimi əxlaq - yəni, düz-yanlış və pis-yaxşı anlayışına təcridi baxmaq olmaz. Hər bir ictimaiyyətdə əxlaqın dayandığı kök və əsas var. Bu əsaslar etika nəzəriyyələri və təməlləri adlanır. Bu nəzəriyyələr və təməllər də öz yerində insanın yaşadığı ictimaiyyətin mahiyyətindən asılıdır. Amerikalı tanınmış sosioloq Alvin Tofflerin fikrinə görə, dünyada 3 növ mədəniyyət var: əkinçilik mədəniyyəti, sənət mədəniyyəti və sənətdən üstün və ya informasiya mədəniyyəti. O, beli əkinçilik mədəniyyətinin nişanəsi, buxar maşınını sənət mədəniyyətinin nişanəsi və bilgisayarı informasiya mədəniyyətinin nişanı kimi təqdim edir. O, bu üç müxtəlif nişanələrlə çalışır bu 3 mədəniyyətin arasında olan ciddi fərqləri nişan verə. Təbiidir, bu 3 növ mədəniyyət də etik normalarda bir-birindən fərqlənə bilərlər. Misal üçün, dünyanın inkişaf tapmış ölkələri informasiya mədəniyyətinə keçmə haldadırlar. Bu cür ictimaiyyətdə insanlar arasında rabitəyə hakim olan təməllər elmi mahiyyət daşıyır və etikanın ekspertləri, o, alimlərdirlər ki, etika ilə bağlı müəyyən kurslar keçiblər.
Düşünürəm ki, bu yerdə oxucularım "informasiya mədəniyyəti" anlayışına rast gələrkən, onun nədən ibarət olduğunu və məhz sosioloqun bu şəkildə adlandırmasına səbəb nədir? -- sualını verməmiş olmayacaqlar. Bu mənim başqa bir yazımın mövzusu olacaq. İndi bu yerdə onun şərhinə başlasam, əsl mövzudan çox uzaqlaşmalı olacam. Hal-hazırda İranda insanlar arasında hakim olan əlaqələr əkinçilik mədəniyyətinin təməlləridir. Yəni, etika nəzəriyyələri və təməlləri adət, ənənə və dindən fanatik düşüncə əsasında formalaşır. Və bu günkü İranda etika ekspertləri fars mərkəzli düşüncədə olan mollalardılar. Bir neçə misalla məqsədimə aydınlıq gətirim. Dünyanın inkişaf tapmış ölkələrində müxtəlif ailə forması var. Misal üçün, bir kişi ilə bir qadın evlənib ailə təşkil edirlər və ya evlənmədən bir-biri ilə yaşayırlar. Hətta ayrı-ayrı yaşayır, müəyyən günlər görüşür və özlərini ailə hesab edirlər. Bəzi adamlar da var səfərə çıxanda ilin müəyyən günləri müvəqqəti olaraq özlərinə həyat yoldaşı tapırlar. Bu yaşayış tərzləri inkişaf tapmış ölkələrdə insanların etik normalarına uyğundur. Amma İranda evlənmədən, yəni dini qayda-qanun əsasında nigah olmadan, kişi və qadının bir yerdə yaşaması ailə sayılmır, əksinə bu cinayət hesab olunur və İran ictimaiyyətdində yaşayan insanlar bu işi inandığı etik normalara zidd sayırlar. Başqa bir misalda qeyd etmək olar, Qərb ölkələrinin informasiya vasitələrində seks barəsində açıq danışmaq və hətta yetkin adamın öz cinsi istəklərindən danışması etik normalarla uyğun gəlir. Amma bu iş İranda əxlaqsızlıq hesab olunur. Əksinə, İranın informasiya vasitələrində, hətta milli günlərdə və bayramlarda qəbirsandığı göstərib ölüm barəsində danışmaq jurnalist etikasına zidd sayılmır. Amma Qərb ölkələrində bu davranış qeyri-etik sayılır. Bu misallardan çox çəkmək olar, ancaq mən bir neçə misalla göstərmək istədim ki, etik normaları insanın yaşadığı ictimaiyyətin mahiyyətindən təsir alır. Elə ona görə də bir iş bir ictimaiyyətdə etika ilə tanınsa, başqa ictimaiyyətdə qeyri-etik tanınır. Amma üstə qeyd etdiyimiz kimi əlaqə texnikası, xüsusən, internet və satilet texnologiyası çox inkişaf tapıb və imkan yaradıb dünyanın müxtəlif yerlərindən etik normalar bir-biri ilə görüşüb, bir-birinin üzərində təsir qoyub, bu normaların yaxşılarını götürüb onların birləşməsindən qlobal etik normaları baş qaldırsın. Biz azərbaycanlılar da, xüsusən, Azərbaycanlı jurnalistlər öz etik normalarımızı yenidən araşdırmalıyıq və öz zehnimizdə jurnalistika fəaliyyətimizdə etiklə bağlı bir müəyyən modelimiz olmalıdır. Təbiidir, bu modeldə qlobal etik normalar ola bilər.